Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü

Əfqanıstanda güclü partlayış törədilib. Ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb. 

Əfqanıstanda güclü partlayış törədilib. Ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb. Üzərindəki partlayıcı sistemi işə salan kişi 6 nəfərin ölümünə səbəb olub. Cəlilabad əyalətinin qubernatoru Nanqarxar Ataulla Xoqiyani baş verən hadisəni təsdiqləyib: "Partlayış nəticəsində daha 8 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib". Partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır. Olaylar.az Publika-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31