Türkiyə ABŞ-a 7 tələbnamə yolladı: Gülənlə bağlı
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül FETÖ qruplaşmasının rəhbəri Fəthullah Gülənin ölkəyə təhvil verilməsi üçün Amerikaya rəsmi 7 tələbnamə göndərildiyini bildirib. Nazir Fəthullah Gülənin öz ölkəsində qanun qarşısında cavab verməli olduğunu və bununla bağlı tələblərə davam ediləcəyini vurğulayıb: "Bu mövzu ilə bağlı 7 rəsmi tələbnamə göndərilib. FETÖ qruplaşmasının başçının öz ölkələrində müstəqil və tərəfsiz məhkəməyə təslim edilməsini istəyirik. Bu istiqamətdə Amerikadan tələb və istəklərimiz davam edir. Bunu həm beynəlxalq konvensiyalar, həm də ikitərəfli müqavilələr çərçivəsində gözləyirik. Bu, türk xalqının haqqıdır. Biz cinayətkarın saxlanması və qanun qarşısında cavab verməsini tələb edirik".
23 Noyabr 2017 16:23 DünyaTürkiyənin ədliyyə naziri Əbdülhəmid Gül FETÖ qruplaşmasının rəhbəri Fəthullah Gülənin ölkəyə təhvil verilməsi üçün Amerikaya rəsmi 7 tələbnamə göndərildiyini bildirib. Nazir Fəthullah Gülənin öz ölkəsində qanun qarşısında cavab verməli olduğunu və bununla bağlı tələblərə davam ediləcəyini vurğulayıb: "Bu mövzu ilə bağlı 7 rəsmi tələbnamə göndərilib. FETÖ qruplaşmasının başçının öz ölkələrində müstəqil və tərəfsiz məhkəməyə təslim edilməsini istəyirik. Bu istiqamətdə Amerikadan tələb və istəklərimiz davam edir. Bunu həm beynəlxalq konvensiyalar, həm də ikitərəfli müqavilələr çərçivəsində gözləyirik. Bu, türk xalqının haqqıdır. Biz cinayətkarın saxlanması və qanun qarşısında cavab verməsini tələb edirik".
Son olaraq nazir onu da qeyd edib ki, FETÖ araşdırması çərçivəsində ölkədə fəaliyyət göstərən 3945 hakim və prokuror vəzifəsindən azad edilib. Publika.az