Britaniyanın “The Sun” nəşri: “Ən çox Rəşad Sadıxovun qırmızı vərəqəsi təəccübləndirdi”

Britaniyada dərc olunan “The Sun” tabloidi dünən Bakıda keçirilmiş “Qarabağ”-“Çelsi” oyunu barədə məqalə dərc edib.

Britaniyada dərc olunan "The Sun" tabloidi dünən Bakıda keçirilmiş "Qarabağ"-"Çelsi" oyunu barədə məqalə dərc edib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, yazıda deyilir: "Bu matçda Villian portuqaliyalı hakim Manuel de Souzanın səxavətindən çox bəhrələndi. Birinci penaltiyə gətirib çıxarmış epizodda toxunma olsa da, kobudluq yox idi. "Çelsi"nin futbolçusu cərimə meydançasına tullanmasa da, hakimin 11 metrlik cərimə zərbəsi təyin etməsinə yəqin ki, təəccüblənmişdi. Ən çox təəccübləndirən isə Sadıxova göstərilən qırmızı vərəqə oldu. Nəticədə, Azərbaycan komandası artıq 20-ci dəqiqədə 10 nəfər qaldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31