Avtomobil vuran 4 piyada dünyasını dəyişib
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 22-də saat 6 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
23 Noyabr 2017 16:02 SosialFüzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 22-də saat 6 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Noyabrın 23-də isə Nərimanov rayonunun H.Əliyev prospektində Hacıqabul rayon sakini Cavid Zalıyev idarə etdiyi "MAN" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır. Bundan başqa, noyabrın 22-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Vüqar Rubəxşi idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Zəhra Kərimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır. Noyabrın 22-də saat 16 radələrində Bərdə rayonunun Cicimli kəndində Tərtər rayon sakini Yaşar Muxtarov idarə etdiyi "QAZel" markalı avtomobillə yolu keçən rayon sakini Yusər Rəcəbovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.