Təyyarə məcburi eniş etdi

Ötən axşam Alman Lüfthanza hava yollarına aid olan  DLH 060sayılı Franfurt Tehran səfərini yerinə yetirən təyyarə təcili olaraq İstanbul Atatürk Hava limanına eniş edib.

Ötən axşam Alman Lüfthanza hava yollarına aid olan  DLH 060sayılı Franfurt Tehran səfərini yerinə yetirən təyyarə təcili olaraq İstanbul Atatürk Hava limanına eniş edib. Təyyarədəki 61 yaşlı İran vətənadşı Davud Xudayarın halı pisləşib. Pilot saat 19:20 radələrində ən yaxın hava limanı olan İstanbul Atatürk Hava limanına məcburi eniş edib. İran vətəndaşı təcili olaraq Bakırköy Dövlət Xəstəxanasınaaparılıb. Təyyarə iki saat sonra 21:45 - də Tehrana uçuş edib.

Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31