Faciənin qarşısı alındı
Türkiyənin Bursa şəhərindən İspaniyanın Marbela şəhərinə doğru uçuşa hazırlaşan özəl təyyarə son anda qəzadan xilas olub. Belə ki, hava limanının əməkdaşı Əminə Danışın diqqəti sayəsində uçuş zolağına çıxan təyyarənin pitot balonlarının bağlı olduğu məlum olub.
23 Noyabr 2017 15:31 DünyaTürkiyənin Bursa şəhərindən İspaniyanın Marbela şəhərinə doğru uçuşa hazırlaşan özəl təyyarə son anda qəzadan xilas olub. Belə ki, hava limanının əməkdaşı Əminə Danışın diqqəti sayəsində uçuş zolağına çıxan təyyarənin pitot balonlarının bağlı olduğu məlum olub. Həyəcan siqnalı verərək pilotları xəbərdar etməyə cəhd etsə də, onlar bunu görməyiblər. Vəziyyəti təcili olaraq hava limanının rəhbərliyinə bildirən Əminə Danış uçuşu dayandırıb. Beləliklə də, baş verəcək faciənin qarşısını alıb.
Hava ilmanını işlədən Çələbi şirkəti və sərnişinlər diqqətli əməkdaşa təşəkkür ediblər.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.