“Tək qol” ləqəbli terrorçu öldürüldü
Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə keçirilən əməliyyat nəticəsində öldürülən terrorçular arasında 2016 -cı ilin 29 iyun tarixində İstanbul Atatürk Hava limanında qanlı terror hadisəsinin təşkilatçılarından olan "Tək Qol" ləqəbli Ahmed Çatayev də var . Onun Türkiyədən Gürcüstana qaçaq yolla keçdiyi ehtimal edilir. Çatayevin İŞİD terror təşkilatının rəhbərlərindən biri olan Ömər Şeşeninin göstərişi ilə terror hadisələri törətdiyi bildirilir.
23 Noyabr 2017 15:33 DünyaGürcüstanın paytaxtı Tbilisidə ötən gecə keçirilən əməliyyat nəticəsində öldürülən terrorçular arasında 2016 -cı ilin 29 iyun tarixində İstanbul Atatürk Hava limanında qanlı terror hadisəsinin təşkilatçılarından olan "Tək Qol" ləqəbli Ahmed Çatayev də var . Onun Türkiyədən Gürcüstana qaçaq yolla keçdiyi ehtimal edilir. Çatayevin İŞİD terror təşkilatının rəhbərlərindən biri olan Ömər Şeşeninin göstərişi ilə terror hadisələri törətdiyi bildirilir.
Qeyd edək ki, Atatürk Hava limanındakı terror aksiyasında 46 nəfər günahsız insan həlak olmuşdu.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.