Üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək
Noyabrın 24-də Bakıda üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilib. Bildirilib ki,yarışlar 24 -26 noyabr tarixlərində Su İdmanı sarayında keçiriləcək.
23 Noyabr 2017 14:37 İdmanNoyabrın 24-də Bakıda üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilib. Bildirilib ki,yarışlar 24 -26 noyabr tarixlərində Su İdmanı sarayında keçiriləcək. Yarış Beynəlxalq Üzgüçülük federasiyasının tələblərinə uyğun tərtib edilib və ilk dəfə olaraq elektron hesablama mexanizmindən istifadə olunacaq.
Qeyd edək ki, çempionatda Azərbaycan komandası ilə yanaşı Qazaxıstan və Gürcüstan komandaları da öz qüvvələrini sınayacaqlar.