Gündəm

BNA “Qarabağ”-“Çelsi” oyunu zamanı nəzərdə tutulan tədbirləıri tam yerinə yetirib

23 Noyabr 2017 14:36

22.11.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

Gələn il Azərbaycan BMT-də Uşaq Hüquqları üzrə  ölkə hesabatı verəcək

23 Noyabr 2017 14:34

“Növbəti il BMT-nin  müvafiq Komitəsi qarşısında  Uşaq Hüquqları üzrə  ölkə hesabatı veriləcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova verib.

Azərbaycanda dinamik inkişafın göstəricilərini müşahidə etməkdəyik

23 Noyabr 2017 14:33

“Son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik.

Bakının “Lavrov planı”nda razılaşmadığı DETALLAR

23 Noyabr 2017 14:31

“Ermənistan Rusiyanın “Lavrov planı” ilə razılaşır. Yəni, rayonlar Azərbaycana qaytarıldıqdan sonra, Bakı Qarabağa iddia etmir. Aralıq statusundan sonra müstəqillik haqqında referendum keçirilir”.

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir

23 Noyabr 2017 14:28

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Anar Fatiməyə zövqsüz dedi, qalmaqal yarandı

23 Noyabr 2017 14:26

Rəqqasə Fatimə Fətəliyeva stilist Anar Ağakişiyevin onun ünvanına zövqsüz deməsinə əsəbiləşib. Sənətçi etirazını bildirərək bunları söyləyib: "Efirlərdə çıxıb subyektiv fikir söyləmək lazımdır. Yoxsa bu gün münasibətin yaxşı olan insanı tərifləmək lazım deyil. Mən zövqsüz olsam, 8 ildir xınalar təşkil etmərəm. Xalq xınalarını mənə həvalə edir. Gözəllik salonu müdirəsiyəm. İnsanlar mənim adıma, zövqümə güvənib gəlirlər. Sən zövqdən danışa bilməzsən, get başını dara. 

Stoltenberq: NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır

23 Noyabr 2017 14:23

NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır. Məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir

23 Noyabr 2017 14:22

Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

UEFA "Liverpul"u cəzalandırdı

23 Noyabr 2017 14:18

UEFA "Everton" klubunu cəzalandırıb.  Avropa Liqasının qrup mərhələsində "Lion"la oyunda (1:2) ingilis azarkeşlərdən birinin hərəkəti kluba baha başa gəlib.

Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir

23 Noyabr 2017 14:17

Dünya bazarlarında bir neçə il əvvəl baş verən məlum neft böhranı və bunun fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri maliyyə çətinlikləri Azərbaycan da daxil olmaqla gəlirləri əsasən neftdən formalaşan ölkələrdə qeyri-neft sektorunun daha da inkişafını zərurətə çevirdi. Düzdür, Azərbaycan hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı zamandan qeyri-neft sektorunun inkişafını əsas prioritet hesab etmişdi. Və etiraf etmək lazımdır ki, ötən 13 il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən mənada müsbət tendensiya müşahidə edilmişdi.

Tayvanda dəhşətli yanğın — 9 ölü

23 Noyabr 2017 14:12

Tayvanda yaşayış binasında yanğın baş verib. Dünən axşam saatlarında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Yanğın axşam saatlarında binanın 4-cü mərtəbəsində başlayıb və tezliklə 5-ci mərtəbəyə keçib. Hadisə yerinə cəlb edilən yanğından mühafizə idarəsinin əməkdaşları bir saat sonra alovu ram ediblər.

Amerika millisinin 7 üzvünə təcavüz edilib

23 Noyabr 2017 14:08

ABŞ-ın Gimnastika üzrə milli komandasının keçmiş həkimi Larri Nassar 7 qadın idmançıya qarşı cinsi təcavüz etdiyini etiraf edib. Cinsi təcavüzə məruz qalan qızlarından üçünün yaşı 13-dən azdır. 

Nazir müavini: “Gələn il orta aylıq əmək haqqı 550 manata çatacaq”

23 Noyabr 2017 14:05

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün büdcəsinin tərtib edilməsində cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2016-cı il və 2017-ci ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2017-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, eləcə də cari ilin 1 iyul tarixindən pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sistemi parametrlərinin dəyişməsi əsas götürülüb”.

Nazir müavini: “Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7 faiz artacaq”

23 Noyabr 2017 14:03

“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur”.

Nazirlik: “İşsizliyə görə sığorta ödənişləri 1,9 dəfə çox olacaq”

23 Noyabr 2017 14:01

“İşsizlikdən sığorta fondunun büdcəsi “İşsizlikdən sığorta haqqında” yeni qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallaşıb”. “Olaylar”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.