BNA “Qarabağ”-“Çelsi” oyunu zamanı nəzərdə tutulan tədbirləıri tam yerinə yetirib

22.11.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

22.11.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"-"Çelsi" futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Bu barədə məlumat "OLAYLAR" Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun "Qara Qarayev", "28 May" və "20 Yanvar" stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərniışin avtobusu cəlb edilib. Bununla yanaşı Oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir: "Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən "Qarabağ" futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31