Gündəm
Gələn il əmək pensiyalarının orta aylıq məbləği 6,9% artacaq
“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”.“Olaylar”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.
“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı rus dilində nəşr olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.
29 azərbaycanlı uşaq hələ də erməni girovluğundadır
“Ermənistanın ərazimizə təcavüz etməsi nəticəsində üç yüz mindən artıq uşaq qaçqın və məcburi köçkünə çevrilib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a müsahibəsində səsləndirib.
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - NATO-nun baş katibi
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Rusiyanın Krımı almağa haqqı çatırsa, Azərbaycanın da Qarabağı qaytarmaq haqqı var" - Zabelin
Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır. Bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.
Türkiyə Rusiya və İranla birlikdə Qərbin regiondakı dayaqlarını zəiflətdi
Suriya problemi üzrə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü beynəlxalq münaqişənin həlli istiqamətində mühüm dönüş nöqtəsidir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Parlament hökumətə 8 gün vaxt verdi
Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.
Ərdoğan 65 ildən sonra ilk dəfə...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 65 ildən sonra ilk dəfə Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq. Olaylar.az bildirir ki, bu haqda baş nazirin köməkçisi Hakan Çavuşoğlu məlumat yayıb. Yaxın günlərdə reallaşacaq səfərdə Türkiyə və Yunanıstan arasındakı əlaqələrin daha da yaxşılaşacağına ümid edilir.
DİM notariat işində çalışmaq istəyənlər üçün imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilib.
Hesablama Palatasının saxlanma xərcləri artırılır
Hesablama Palatasının saxlanma xərcləri 0,8%və ya 29,1 min manat artırılır. “Olaylar”in məlumatına görə, Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı MM-in "2018-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
Oqtay Əsədovdan sərt reaksiya
Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.
“Qal sənə qurban” – Aytən Məhərrəmova və Təyyar Bayramovdan yeni xəbər
Gənc xanəndə, bir neçə beynəlxalq müsabiqələrin qalibi Aytən Məhərrəmova və əməkdar artist Təyyar Bayramovun yaradıcılığında yenilik var. Bu haqda Olaylar.az – a məlumat verən xanəndə Aytən Məhərrəmova bildirib ki, yaxın günlərdə hər iki xanəndənin birgə ifasından ibarət olan yeni diski – “Qal sənə qurban” satışa çıxarılacaq.
Musa Quliyev: “Rayonlara gedəndə, maşın çatışmazlığından əziyyət çəkirik”
“Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Parlamentin beynəlxalq fəaliyyətinin düzgün şəkildə aparılması üçün ezamiyyə xərclərininin artırılmasına ehtiyac var”.“Olaylar”ın məlumatına görə, bunu bunu Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Milli Məclis iki beynəlxalq tədbirə ev sahibliyi edəcək
Azərbaycanda 2018-ci ildə Milli Məclis ev sahibliyi ilə iki beynəlxalq tədbir keçirəcək. “Olaylar” xəbər verir ki, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı deyib.













