Hesablama Palatasının saxlanma xərcləri artırılır
Hesablama Palatasının saxlanma xərcləri 0,8%və ya 29,1 min manat artırılır. “Olaylar”in məlumatına görə, Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı MM-in "2018-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
23 Noyabr 2017 13:32 SosialHesablama Palatasının saxlanma xərcləri 0,8%və ya 29,1 min manat artırılır. "Olaylar"in məlumatına görə, Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı MM-in "2018-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib. O bildirib ki, nəzərdə tutulmuş vəsait 2018-ci ildə ölkə xaricində olmaqla 60 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur. Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82%-i əməyin ödənilməsi xərcləri təşkil edir. V. Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.