“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı rus dilində nəşr olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır. "OLAYLAR"-ın xəbərinə görə. Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb. Həmin nəşrlərdən biri - Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu "İşğal altındakı tarixi-dini abidələrimiz" kitabı Azərbaycan dili ilə yanaşı, ingilis, fars və ərəb dillərində nəşrə hazırlanıb. Kitab növbəti dəfə rus dilində çap edilib.

Rus dilində çap edilən  foto-kitabın əsas məqsədi erməni vandalizmi barədə dünya ictimaiyyətini, eləcə də müsəlman aləmini bir daha məlumatlandırmaqdır.

Qeyd edək ki, ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı olan nəşri rus dilinə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Ayxan Həsənov tərcümə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31