“Qal sənə qurban” – Aytən Məhərrəmova və Təyyar Bayramovdan yeni xəbər

 Gənc xanəndə, bir neçə beynəlxalq müsabiqələrin qalibi Aytən Məhərrəmova və əməkdar artist Təyyar Bayramovun  yaradıcılığında yenilik var. Bu haqda Olaylar.az – a məlumat verən xanəndə Aytən Məhərrəmova  bildirib ki, yaxın günlərdə hər iki xanəndənin birgə ifasından ibarət olan yeni diski – “Qal sənə qurban” satışa çıxarılacaq.

Gənc xanəndə, bir neçə beynəlxalq müsabiqələrin qalibi Aytən Məhərrəmova və əməkdar artist Təyyar Bayramovun  yaradıcılığında yenilik var. Bu haqda Olaylar.az - a məlumat verən xanəndə Aytən Məhərrəmova  bildirib ki, yaxın günlərdə hər iki xanəndənin birgə ifasından ibarət olan yeni diski - "Qal sənə qurban" satışa çıxarılacaq.

Qeyd edək ki, diskin digərlərindən özəlliyi ondadır ki, burada yer alan mahnılar, dəstgahlar xanəndələrin oktyabrın 6 - da Beynəlxalq Muğam mərkəzində olan konsertləri zamanı lentə alınan canlı ifalardı. Tamaşaçıların və muğam ustadlarının böyük marağına səbəb olan konsert uzun zaman yaddaşlarda xoş xatirələr yaşadacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31