Gələn il əmək pensiyalarının orta aylıq məbləği 6,9% artacaq
“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”.“Olaylar”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.
23 Noyabr 2017 14:00 Sosial"Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur"."Olaylar"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır.Nazir müavini bildirib ki, gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə - 1,9 mln. manat artım gözlənilir: "Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur". İ.İsayev əlavə edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır. Onun sözlərinə görə, Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək.