29 azərbaycanlı uşaq hələ də erməni girovluğundadır
“Ermənistanın ərazimizə təcavüz etməsi nəticəsində üç yüz mindən artıq uşaq qaçqın və məcburi köçkünə çevrilib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a müsahibəsində səsləndirib.
23 Noyabr 2017 13:56 Sosial"Ermənistanın ərazimizə təcavüz etməsi nəticəsində üç yüz mindən artıq uşaq qaçqın və məcburi köçkünə çevrilib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a müsahibəsində səsləndirib. O, bildirib ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir: "Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb".