Tayvanda dəhşətli yanğın — 9 ölü
Tayvanda yaşayış binasında yanğın baş verib. Dünən axşam saatlarında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Yanğın axşam saatlarında binanın 4-cü mərtəbəsində başlayıb və tezliklə 5-ci mərtəbəyə keçib. Hadisə yerinə cəlb edilən yanğından mühafizə idarəsinin əməkdaşları bir saat sonra alovu ram ediblər.
23 Noyabr 2017 14:12 DünyaTayvanda yaşayış binasında yanğın baş verib. Dünən axşam saatlarında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Yanğın axşam saatlarında binanın 4-cü mərtəbəsində başlayıb və tezliklə 5-ci mərtəbəyə keçib. Hadisə yerinə cəlb edilən yanğından mühafizə idarəsinin əməkdaşları bir saat sonra alovu ram ediblər.
Qeyd edilir ki, mənzillərin böyük əksəriyyəti xarici işçi miqrantlar tərəfindən kirayəyə götürülüb. Polis 49 yaşlı bir kişini həbs edib. Ehtimala görə, qonşusu ilə mübahisədən sonra yanğını məhz o törədib. Ölkə.az