Gələn il Azərbaycan BMT-də Uşaq Hüquqları üzrə  ölkə hesabatı verəcək

“Növbəti il BMT-nin  müvafiq Komitəsi qarşısında  Uşaq Hüquqları üzrə  ölkə hesabatı veriləcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova verib.

"Növbəti il BMT-nin  müvafiq Komitəsi qarşısında  Uşaq Hüquqları üzrə  ölkə hesabatı veriləcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova verib. O, bildirib ki, bununla bağlı ciddi hazırlıq işləri aparılır: "Biz bir sıra ölkələrin aidiyyatı dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla  tərəfdaşıq.  Qeyd etmək istərdim ki,  uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin  güclənməsində,  həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31