Nazir müavini: “Gələn il orta aylıq əmək haqqı 550 manata çatacaq”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün büdcəsinin tərtib edilməsində cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2016-cı il və 2017-ci ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2017-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, eləcə də cari ilin 1 iyul tarixindən pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sistemi parametrlərinin dəyişməsi əsas götürülüb”.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün büdcəsinin tərtib edilməsində cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2016-cı il və 2017-ci ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2017-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, eləcə də cari ilin 1 iyul tarixindən pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sistemi parametrlərinin dəyişməsi əsas götürülüb". "Olaylar"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8% artaraq 36,2 mlrd. manata, adambaşına düşən gəlirlər 6,9% artaraq 3728 manata çatıb. "İnflyasiya 13,9 faiz səviyyəsində olub. Yanvar-avqust aylarında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 7,4 faiz artaraq 524,7 manat təşkil edib. 1 oktyabr 2017-ci il tarixinə muzdla işləyənlərin orta sayı 1 milyon 526 min nəfər, iqtisadiyyatda sərbəst məşğul olanların sayı isə 3 milyon 295 min nəfər olub". Nazir müavini onu da bildirib ki, nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manata çatacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31