Gündəm
Mehriban Zəki tələbələrlə görüşdü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Əməkdar artist Mehriban Zəki ilə tələbələrin görüşü baş tutub. Olaylar.az bildirir ki, universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçən görüşdə Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə qonaqları salamlayaraq, Mehriban xanımı yubileyi münasibətilə təbrik edib, yubilyar ilə bağlı xatirələrini paylaşıb.
Prezident istintaq və məhkəmə tərəfindən şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı MM-ə layihə təqdim edib
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Polis haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunlara dəyişikliklər layihəsi təqdim olunub.
Rusiyada azərbaycanlıdan oğurluq nömrə ilə gətirdiyi avtomobili müsadirə etdilər
Çeçenistanda Belarusda oğurlanmış nömrə ilə sürülən “İnfiniti” avtomobili saxlanılıb. Məlum olub ki, Avrasiya iqtisadi zonasına gətirilən 2003-cü il istehsallı «Infiniti G35» avtomobili gömrük bəyannaməsinə əsasən 3 ay ərzində Rusiyaya çatmalı olsa da, 3 il yubanıb.
İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”
İŞİD terror qruplaşmasının "paytaxt" elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb.
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: ölən və yaralananlar var
Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib. "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır. Faktla bağlı araşdırma aparılır.
Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı AÇIQLANDI
"İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.
Müəssisə və təşkilatda siqaret çəkməyə görə qurumun rəhbəri məsuliyyət daşıyacaq
Azərbaycanda hər hansı bir müəssisə və təşkilatda siqaret çəkməyə görə həmin müəssisə və ya təşkilatın rəhbəri məsuliyyət daşıyacaq. Bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.
İranda ZƏLZƏLƏ: 36 yaralı var
Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb. Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına ziyan dəyib.
“Kod adı “Rey”” təqdim olundu
Noyabrın 24 – də “Azərkitab”da Rey Kərimoğlunun “Kod adı “Rey”” kitabı “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim olundu. Təqdimatda tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib. Kitabda ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun əsasən 1991 -1992 –ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəkilində yer alıb. “Kəşfiyyatçının xatirələri” adı ilə təqdim olunan yazılar Lent.az saytında davamlı yayımlanıb. “Kod adı “Rey” kitabə Lent.az – ın kitabxanası layihəsi çərçivəsində dərc olunan növbəti kitabdı. Kitabda yer alan xatirələrin redaktor Səhər Əhməddi. Kitab müəllifin ilk kitabıdır.
MEK – də 2387 sayda türkdilli mənbələr mühafizə olunur
AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk ölkələrinə aid qurumlar, AMEA İnstitutlarının, ali məktəblərin, media qurumlarının nümayəndələri iştirak ediblər. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının zənginləşdirilməsi istiqamətində görülən işləri xatırladıb. Direktor, çoxsaylı kolleksiya təqdimatlarının keçirildiyinə, ölkə daxilində informasiya resursları içərisində ən qədim və unikal kitabların MEK-də toplanıldığına, türkdilli mənbələrin sayca 100 mindən artıq olduğuna diqqət çəkib.
Baladadaşın çəkildiyi film yayımlanacaq
Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə tamaşaçılara təqdim olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə, “Sərhəd” (“Arpa çayı – ayrılıq nəğməsi”) adlanan tammmetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın “Günəşfilm” Studiyasında istehsal olunan ekran işində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandırır.
Komitə sədri: “98 azərbaycanlı qadın erməni girovluğundadır”
“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.
Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq
Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq.“Olaylar” xəbər verir ki, belə bir bəyanatla bu gün Brüsseldə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin Zirvə toplantısının açılış mərasimində çıxışı zamanı deyib: “Biz Rusiyanın bu gün burada saziş imzalayacağımız “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə çox sıx münaaibətlərdə olduğunu bilirik”, deyə o, qeyd edib: “Şərq Tərəfdaşlığı” bizim üçün böyük əhəmiyyət kəsb edir.
Həmkarlar ittifaqına üzv olmayan təşkilatlardan üzvlük haqqı yığılmayacaq
Noyabrın 24-də Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Bakıda ev, Sumqayıtda sex yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 28 m2 olan birotaqlı mənzildə mətbəx mebeli 2 m2 sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, mənzil yanğından mühafizə olunmuşdur. Sumqayıt şəhərində isə ümumi sahəsi 300 m2 olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 15 m2 sahədə və içərisində olan əşyalar 4 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
.jpg)







.jpg)





