Gündəm
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
Az öncə ölkənin lider mobil operatoru Azercell Telekom Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi. İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün 5GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün sadəcə müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən SİM Kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim kartınızda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.
Tramp: Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu səhv addım adlandırıb. Məlumata görə, dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb. D.Tramp bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı müzakirə edəcək.
Pasportun itirilməsi və qəsdən korlanması məsuliyyət yaratmayacaq
Azərbaycanda pasportun itirilməsi və qəsdən korlanması “Pasport haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunların tələblərini pozmağa görə məsuliyyət yaratmayacaq.
Erməni iqtisadçı: "2018-ci ildə Ermənistanda vətəndaşların yaşayış səvisyyəsi daha da ağırlaşacaq"
“Ermənistanda 2018-ci ildə vətəndaşların yaşayış səviyyəsi daha da ağırlaşacaq”. Bunu ölkənin tanınmış iqtisadçısı Vilen Xaçatryan 2018-ci il üçün nəzərdə tutulun dövlət büdcəsinə münasibət bildirərkən deyib.
Pərvin Abıyeva qəzaya düşdü
Pərvin Abıyeva bir müddət əvvəl qəza keçirib və burnu deformasiyaya uğrayıb. Hadisə barədə məlumatı aktrisanın özü İnstaqram səhifəsində məlumat verib. Aktrisa bildirib ki, rol aldığı "Bacanaqlar" serialının çəkilişinə gedən zaman kiçik qəza keçirib: "Qəza nəticəsində burnumda deformasiya yarandı.
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir
Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasındakı qalmaqal davam edir. Aktrisa həmkarını məhkəməyə verib, ondan 200 min manat təzminat tələb edib.
Krım tatarları ikinci kütləvi sürgün təhlükəsi ilə üz-üzə qalıb- Newsweek
NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər
Avropa Birliyi dövlətləri ilə NATO arasında qarşılıqlı etimad limiti artıq çoxdan bitib; “Qoca qitə”də ABŞ-a və Ağ Evin patronajlığı altındakı NATO-ya güvənmirlər
FETÖ-yə aid məktəblərdə çalışan 79 müəllimlə bağlı həbs qərarı
Türkiyədə FETÖ-yə aid bağlanan təhsil müəssisələrində çalışan müəllimlərə qarşı əməliyyat aparılıb.
İRƏLİ yeni layihəyə başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinəı görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.
Yas məclislərinin təşkili ilə bağlı ciddi addımlar atılmalıdır
“İnhisar halını almış yas məclislərinin təşkili, formatı, ehsan məsələləri, molla və.s barədə çox ciddi addımlar atılmalıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib.
“Nar bağı” filmi “Young Cinema Award” nominasiyasında qalib oldu
Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf yarışmaya quruluş verdiyi “Nar bağı” filmi ilə qatılıb və mərasimdə iştirak edib.
Qan köçürülərkən hepatitə yoluxan 16 yaşlı gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir
2001-ci il təvəllüdlü, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən Xəzər sanatoriyasında müvəqqəti məskunlaşmış məcburi köçkün Əlili Tacir Habil oğlu bir neçə ildir ki, leykoz xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən etibarən isə xəstədə Hepatit C aşkarlanıb.
Yeni monotamaşa - “İstədiyim kimi yaşayıram”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Olaylar.az bildirir ki, Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə tamaşaçılara təqdim olunacaq. Artıq yeni tamaşanın məşqlərinə başlanılıb.
ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib”
“Azərbaycanda da qadınlara və qızlara qarşı zorakılıq edilir. Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 hal baş verib, nəticədə 43 qadın qətlə yetirilib”. Bunu ABŞ səfirinin müavini Uilyam Gill “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib. Zorakılığın qaçılmaz hal olduğunu vurğulayan ABŞ səfirinin müavini qeyd edib ki, dünyada hər 3 qadından biri zorakılıqla üzləşir.














