Gündəm

Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş

24 Noyabr 2017 18:30

Harvardın psixoloqu Cerom Kaqanın rəsmi çıxışı elm dünyasını lərzəyə salıb. O bildirib ki, Diqqət çatışmazlığı və Hiperkativlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu framasevtlərin pul tələsidir.

Kutsi toy vaxtını açıqladı

24 Noyabr 2017 18:25

Ötən ay çəkildiyi serialda atdan düşərək yaralanan aktyor-müğənni Kutsi toy vaxtını açıqlayıb.  Aktrisa Feyza Çıpa ilə eşq yaşayan sənətçi səhhətinin yaxşı olduğunu deyib: “Müalicəm 2-3 ay davam edəcək. Ağrıkəsicilərlə yaşayıram. Feyza da, sağ olsun, mənə yaxşı abxdı. 2018-ci ilin yayında özümüzə toy edəcəyik”. 

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

24 Noyabr 2017 18:23

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu göndərib.

Türkiyə təyyarəsi təcili endi - Pilot özünü pis hiss edib

24 Noyabr 2017 18:15

“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Serbiyanın paytaxtı Belqradda təcili eniş edib. Məlumata görə, buna səbəb pilotun özünü pis hiss etməsi olub.

Erməni siyasətçi Qarabağda hərbi hissə tikdirir

24 Noyabr 2017 18:07

Erməni iş adamı Qagik Çarukyan Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yeni hərbi hissə tikəcək. Bunu Çarukyanın özü Hayastan Fondunun Qarabağ üçün keçirdiyi telemarafonda çıxışı zamanı söyləyib. “Mənim vəsaitlərim hesabına Qarabağda yeni, hər şeylə təchiz edilmiş hərbi hissə tikiləcək. Tikinti işləri yazda başlayacaq”, – deyə o bildirib.

Şimali və Cənubi Koreya sərhədində "səngər" davası

24 Noyabr 2017 18:05

Şimali Koreya və Cənubi Koreya əsgərləri yenidən sərhəddə silahlı qarşıdurma yaradıblar. Cənuba keçmək istəyərkən silahdaşları tərəfindən vurulan Şimali Koreya əsgərinin görüntülərinin ardından mətbuatda əsgərlərin sərhəd xəttində "səngər" qazdığı görüntülər vəziyyəti daha da gərginləşdirib.

"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik

24 Noyabr 2017 18:03

"Azərbaycanda ümumilikdə törədilən bütün cinayətlərin çox cüzi hissəsi qadına qarşı törədilən cinayətlərdir". Bunu Daxili Işlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniya ilə bağlı tədbirdə deyib.

Bakının Brüssel qələbəsi: Avropadan bəyanat

24 Noyabr 2017 17:55

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Məscidə silahlı hücum - 85 nəfər öldü

24 Noyabr 2017 17:54

Misirin Sina yarımadasında yerləşən Arişte bölgəsindəki Əl Hicr məscidinə cümə namazı zamanı silahlı basqın olub. Ən az 85 nəfər dinc sakinin öldüyü, 80 nəfərdən çox insanın xəsarət aldığı bildirilir.

Şimali Koreya Ağ evə hücum edəcək

24 Noyabr 2017 17:50

Şimali Koreyanın hücum üçün növbəti 15 hədəfi açıqlanıb. Şimali Koreyanın bir neçə ay əvvəl “sizi nüvə silahı ilə vurarıq” təhdidinin arxasındakı plan ortaya çıxıb. İngiltərənin “Daily Mail” qəzetində yazılan məqalədə Şimali Koreyanın lideri Kim Çen Inın hücum etmək istədiyi ərazilər barədə məlumatlar yer alıb. Məqalədə bildirilib ki, bununla bağlı Avropa Xarici Əlaqələr Komissiyasının məsləhətçiləri tərəfindən yeni bir hesabat hazırlanıb. Hesabatda bildirilir ki, Şimali Koreyanın hədəflərinə Ağ Ev, Manhetten və Tokio daxildir.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

24 Noyabr 2017 17:47

Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdarlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.

Feysbuk rusları ifşa edir

24 Noyabr 2017 17:46

Feysbuk ABŞ seçkiləri ərəfəsində səhifələrin xarici qruplar tərəfindən idarə edilməsini araşdırır. Bu məqsədlə sosial şəbəkə istifadəçilərinə izlədikləri səhifənin mənbəyini açıqlayacaq. Belə ki, Feysbukun araşdırmasına görə, son iki ildə Rusiya mərkəzindən idarə edilən agentliklər tərəfindən yüksələnən məlumatlar 126 milyon amerikalıya çatıb.

Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı? - VİKİPEDİYA

24 Noyabr 2017 17:44

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlimlərimizdə iştirak edən AMEA Tarix İnstitutunun Diaspor şöbəsinin elmi işçisi Elnur Neciyev Vikipediyada "Araz Türk Cümhuriyyəti" mövzusunda olan məqaləni mənbələr əsasında redaktə edərək müəyyən düzəlişlər etmiş, həm də tamamilə genişləndirmişdir.

Vanqadan həyat haqqında HİKMƏTLİ SÖZLƏR

24 Noyabr 2017 17:38

Vanqanı kiməsə təqdim etməyə ehtiyac yoxdur, onu bütün dünya tanıyır. O, öz dövrünün ən güclü öngörücülərindən biridir. Axmaqlarla mübarizə aparma, onlar elə də qorxulu deyillər, onları düzəltməyə və ya dəyişməyə çalışma. Bax, zəhlətökən səfehlər ayrı məsələ, onlar həqiqətən təhlükəlidirlər. Bir hərəkətləri ilə bütün xalqı çaş-baş sala bilərlər. Elə düşünmə ki, bütün həyat qabaqdadır! Bu, yanlışdır. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır. Əgər verdiyin vədi yerinə yetirə biləcəyinə əmin deyilsənsə, söz vermə. Çünki başqasına vurduğun yara gec-tez özünə qayıdacaq.