Gündəm
Suya bal və istiot töküb içsəniz... – BUNLARI BİLMİRSİNİZ
Adətən istiotdan yalnız xörək bişirərkən istifadə edilir. Amma sizə istiotdan digər sahələrdə də faydalana biləcəyinizə dair maraqlı məlumat veririk.
“YouTube” videoservisində uşaqları ələ salmaq qadağan edilib
“YouTube” videoservisinin komandası uşaqlarla bağlı məzmunun dərci üzrə qaydaları sərtləşdirib. Yeni qaydalar sevimli ailə kimi qələmə verilən, əslində isə bundan uzaq olan videolarla mübarizə aparmağı nəzərdə tutur.
Yosunlar əsasında hazırlanmış nanorobotlar xəstəliyə diaqnoz qoyacaq
Beynəlxalq alimlər komandası tibb sahəsində əsl inqilab edəcək yeni nəsil məsafədən idarə olunan nanorobotlar yaradıb. Bu robotlar xəstəliklərə diaqnoz qoymaq, xərçəng hüceyrələrinə hücum etmək və orqanizmdən narkotikləri çıxartmaq qabiliyyətinə malikdir.
Tofiq Quliyev - 100
Noyabrın 24 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Tofiq Quliyev haqqında xatirələrini bölüşüb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışıb. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Bu ölkədə dünyada ən böyük akkumulyator quraşdırılıb
“Tesla Motors” şirkəti Cənubi Avstraliya ştatında “Tesla Powerpack” adlı dünyada ən böyük litium-ion akkumulyatorunun quraşdırılması işlərini bitirib. Tezliklə yekun testlər keçiriləcək.
Smartfonlar üçün optik qurğu təqdim edilib
“I-O Data” şirkəti mobil qurğular üçün “DVRP-W8AI2” adlı optik qurğu təqdim edib. Yenilik DVD diskdə saxlanılan videoçarx, şəkil və başqa məzmunu smartfon və planşetin ekranında izləməyə imkan verir.
Süni intellekt elementli virtual köməkçilər operatorlara xərcləri azaltmağa kömək edəcək
Müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışan rabitə operatorları texniki dəstək xidmətlərinə “telebotları” - süni intellekt elementli virtual köməkçiləri aktiv tətbiq edirlər. Bu barədə “ABI Research” tədqiqat şirkətinin hesabatında deyilir.
İşlək kvant qurğu prototipi yaradılıb
Vyana Universitetinin mütəxəssislər qrupu dünyada ilk kvant router yaradaraq ilkin uğurlu sınaqlarını keçirib. Bu, dolaşıq fotonları qəbul etməklə yanaşı, onları ötürə bilən ilk qurğudur. Bundan başqa, routerdə istifadə olunan sxem kvant internetinin yaradılmasının əsasını təşkil edə bilər.
Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb
Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. “Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.
Avropa Liqasında həftənin simvolik yığması açıqlandı
UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turu geridə qalıb. Artıq həftənin rəmzi komandası da açıqlanıb. Yığmada "Milan"ın 2 futbolçusu yer alıb.
"Zirə"də ciddi itki: Əməliyyat olundu
Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itki ilə çıxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun qol.az-a verdiyi məlumata görə, komandanın əsas üzvü Qabriel Matey dizindən əməliyyat olunub.
Ndlovu "Qarabağ"dan gedir?
"Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb. Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir. Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.
"Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
"İl ərzində üç beynəlxalq turnirdə iştirak etmişəm. Həmin turnirlərin ikisini qələbə ilə başa vura bildim. Hesab edirəm ki, bu il mənim üçün uğurlu olub. Fəxr edirəm ki, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda ucaltmağa nail oldum. Nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycan idmanını təmsil etmək qürurvericidir".
Yığmamız İngiltərə ilə eyni qrupda
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 44 komanda 11 qrupa bölünüb. Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız İngiltərə, İslandiya və Moldova ilə mübarizə aparacaq. Bu mərhələnin matçları 2018-ci il avqustun 1-dən oktyabrın 28-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Almaniya və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
Təranə Qumral: “Musa arada ceyran ovuna çıxır, amma..."
Xəzər TV-də yayımlanan “5/5” proqramının növbəti qonaqları Musa Musayev və Təranə Qumral olub. Zaurun suallarını cavablandıran T.Qumral maraqlı açıqlamalar edib. O, bildirib ki, bir neçə dəfə onu toya çək çağırıblar: “Neçə dəfə olub ki, məni toya Musasız çağırıblar. Mən də demişəm ki, Musasız heç yerə getmirəm”.














