Tofiq Quliyev - 100
Noyabrın 24 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Tofiq Quliyev haqqında xatirələrini bölüşüb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışıb. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
24 Noyabr 2017 19:30 MədəniyyətNoyabrın 24 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Tofiq Quliyev haqqında xatirələrini bölüşüb.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışıb. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Daha sonra Güllü Məmmədova, Bakı Musiqi Akademiyasının tələbələri Günel Rizvanova, Mədinə Süleymanzadə, Rəhimə Qurbanova, Beynəlxalq Müsabiqə Laureatı Fidan Tağıyeva, Azərbaycan Milli Konservatoriyasının tələbələri Elşən Məmmədov, Nərgiz Məmmədovanın ifalarında bəstəkarın sevilən mahnıları və indiyə qədər Azərbaycan səhnəsində ifa olunmamış musiqi nümunələri ifa ediblər.