Gündəm

Tanınmış aparıcı "İdeal"ı ağ yuyub, qara sərdi

25 Noyabr 2017 12:44

“”Black Friday” endirimlərindən yararlanmaq istəyirsizsə, arzunuz ürəyinizdə qalacaq”. Bunu keçmiş teleaparıcı Günel Hümbətova sosial şəbəkədə yazıb. O, “İdeal” mağazalar şəbəkəsini ağ yuyub, qara sərib. “Bəzi şeylər almaq üçün “Park Bulvara” gəldim. İlk olaraq “İdeal”mağazasına girdim. Stendə üç dənə kosmetikanı yığıblar ki, endirim ancaq bunlardır. Biabır olasız, “Black Friday” sizlik deyil . Çoxdan sizdən imtina etmək istəyirdim. Bu da səbəblərdən biri oldu . Digər səbəblər haqda gələn dəfə. Minlərlə manatlıq alış-veriş edən daha bir müştərinizi itirdiniz”, – deyərək öz iradını bildirib.

"Oyananda gördüm mənim paltarımı çəkib..." - Binədə ailə dramı

25 Noyabr 2017 12:42

Arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib. Bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fail İsmayılovu qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

Bəzi dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərar qəbul olundu

25 Noyabr 2017 12:35

Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişikliklər edib. Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Ankarada qətlə yetirilən səfirin büstü qoyuldu

25 Noyabr 2017 12:33

Ankarada Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun büstünün açılışı olub. Açılışda Türkiyə və Rusiyadan rəsmi şəxslər, diplomatlar, mərhum səfirin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə çıxış edənlər böyük diplomatik təcrübəyə malik mərhum A.Karlovun həyat yolundan, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafı yolunda göstərdiyi səylərdən danışıblar.

Londonda terror HƏYACANI

24 Noyabr 2017 22:18

Britaniyanın nəqliyyat polisi Londonda "Oksford Sirkus" metro stansiyasında atışma səsləri eşidildiyi barədə məlumat yayıb. Dərhal hadisə yerinə yerli polis orqanlarının əməkdaşları cəlb olunub. İlkin açıqlamaya görə, bir qadın yaralanıb.

Bilik Fondu Prezident Sərəncamına həsr olunan tədbir təşkil etdi

24 Noyabr 2017 22:16

Noyabrın 24-də Azərbaycan Respiblikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin humanist cəza siyasəti konteksində" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, rayon hüquq mühafizə orqanlarının məsul əməkdaşları, ədliyyə işçiləri, hakimlər, vəkillərin iştirakı ilə keçirilən tədbiri İcra Hakimiyyətinin birinci müavini Əslan Səmədov giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ilin fevralında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb.

“İncə nəfəs” adlı fərdi sərgi

24 Noyabr 2017 22:11

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgini giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq, hər kəsi salamlayıb. Rektor Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Sonra Təsviri sənət kafedrasının müdiri, Xalq rəssamı Xanlar Əhmədov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Həmzə Abdulayev, Xalq rəssamı Arif Hüseynov və ADRA-nın İncəsənət tarixi kafedrasının müdiri, professor Sevil Sadıxova müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, gələcək işlərində müvəffəqiyyət arzulayıblar. Sonda müəllim və tələbələr rəssamı ad günü münasibətilə təbrik edib.

Gəncədə 21 yaşlı gənc bıçaqlandı

24 Noyabr 2017 22:04

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Tahir Hilal oğlu Qasımov bud nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Görkəmli bəstəkarlar Muğam Mərkəzində anıldı

24 Noyabr 2017 21:58

Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar Tofiq Quliyevin 100  və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin imzaladığı sərəncamlara əsasən respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

Məşhur  kanal yenidən fəaliyyətə başlayır

24 Noyabr 2017 21:51

"TRT 2" telekanalı yenidən fəaliyyətə başlayacaq". Bunu Türkiyənin TRT telekanalının direktoru İbrahim Eren bildirib. Onun sözlərinə görə, 2018-ci ildə TRT telekanalının fəaliyyətə başlamasının 50 illiyi qeyd olunacaq: "2008-ci ildən TRT-nin kanallarının sayı artıb.

Misirdə terror - 235 nəfər həlak oldu

24 Noyabr 2017 21:48

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb. Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.

İt saxlayaq, yoxsa pişik? - 10 FƏRQ

24 Noyabr 2017 20:00

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub.

Ağciyərləri təmizləyən 4 QİDA

24 Noyabr 2017 19:51

Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir. Bəs biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq? Sizə ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını veririk.