Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
17:57 SiyasətMilli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Gənzə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Gənzədən olan seçicilərlə yanaşı, Anabad kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31