Yığmamız İngiltərə ilə eyni qrupda
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 44 komanda 11 qrupa bölünüb. Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız İngiltərə, İslandiya və Moldova ilə mübarizə aparacaq. Bu mərhələnin matçları 2018-ci il avqustun 1-dən oktyabrın 28-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Almaniya və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
24 Noyabr 2017 18:40 İdmanBu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 44 komanda 11 qrupa bölünüb. Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız İngiltərə, İslandiya və Moldova ilə mübarizə aparacaq. Bu mərhələnin matçları 2018-ci il avqustun 1-dən oktyabrın 28-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Almaniya və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
Qeyd edək ki, AVRO-2019-un final mərhələsi Bolqarıstanda keçiriləcək. Apasport.az