Məscidə silahlı hücum - 85 nəfər öldü
Misirin Sina yarımadasında yerləşən Arişte bölgəsindəki Əl Hicr məscidinə cümə namazı zamanı silahlı basqın olub. Ən az 85 nəfər dinc sakinin öldüyü, 80 nəfərdən çox insanın xəsarət aldığı bildirilir.
24 Noyabr 2017 17:54 DünyaMisirin Sina yarımadasında yerləşən Arişte bölgəsindəki Əl Hicr məscidinə cümə namazı zamanı silahlı basqın olub. Ən az 85 nəfər dinc sakinin öldüyü, 80 nəfərdən çox insanın xəsarət aldığı bildirilir. Hadisə yerindən paylaşılan fotolar mediadı sürətlə yayılıb. Şahidlərin sözlərinə görə, məsciddə namaz qılarkən naməlum şəxslər tərəfindən məscidə əl qumbaraları atılıb. Hadisə ilə bağlı bölgədə 3 günlük matəm elan edilib. Hadisənin kim tərəfindən törədildiyi bilinmir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31