Yeni monotamaşa - “İstədiyim kimi yaşayıram”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Olaylar.az bildirir ki, Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə tamaşaçılara təqdim olunacaq. Artıq yeni tamaşanın məşqlərinə başlanılıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Olaylar.az bildirir ki, Amerika yazıçısı V.Lyusun "Zelda" əsəri əsasında hazırlanan tamaşa "İstədiyim kimi yaşayıram" adı ilə tamaşaçılara təqdim olunacaq. Artıq yeni tamaşanın məşqlərinə başlanılıb.

Psixoloji- dramatik səhnə əsəri ötən əsrin 30-cu illərində Amerikada çox məşhur olan yazıçı Skot və həyat yoldaşı Zeldanın yaşam tərzini özündə əks etdirir. Tamaşa boyu cütlüyün həyatı və onların birlikdə yaşadığı dövrün mənzərəsi tamaşaçıya ötürülür.

Monotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımov, musiqi tərtibatı İradə Muradova, işıq tərtibatı Badim Kuskov, rəssamı Elşən Sərxanoğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31