“Nar bağı” filmi “Young Cinema Award” nominasiyasında qalib oldu

Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf yarışmaya quruluş verdiyi “Nar bağı” filmi ilə qatılıb və mərasimdə iştirak edib.

Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının "Asia Pacific Screen Award" mükafatlarının təqdimetmə mərasimi olub.

Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf yarışmaya quruluş verdiyi "Nar bağı" filmi ilə qatılıb və mərasimdə iştirak edib.

İlqar Nəcəfin "Nar bağı" filmi akademiyanın "Young Cinema Award" nominasiyasında qalib olub. Rejissor kino mətbuatında "Asiya Oskarı" kimi tanınan mükafatın artıq ikinci dəfədir ki, qalibidir. Onun "Buta" filmi də "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olub.

Amerika və Avropa kino akademiyaları ilə rəqabət aparma iddiası ilə 2007-ci ildə yaranan akademiya regionun 70 ölkəsini özündə birləşdirir. Akademiyaya Rusiya, Çin, İran, Hindistan kimi nüfuzlu kino ölkələri daxildir. Akademiyanın mükafatına Əsgər Fərhadi, Andrey Zvyagintsev və Nuri Bilgə Ceylan kimi sənətkarlar layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31