İranda ZƏLZƏLƏ: 36 yaralı var

Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb. Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına  ziyan dəyib.

Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb. Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına  ziyan dəyib. Əyalətin Böhran Vəziyyəti üzrə Xidmətinin nümayəndəsi Reza Əryainin sözlərinə görə, insanlar evlərini tərk etmək istədikdə xəsarət alıblar. Məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsindən sonra yalnız 2 nəfər tibb müəssisəsində saxlanılıb, digərləri ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.  Bu barədə report-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31