Gündəm
Ekspert: “Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”
"Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır”.
İstehlakçı hüquqlarının müdafiəsinə dair konfrans keçirilib
Noyabrın 24-də Salyanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda Konfransı keçirilib.
Satınalan təşkilatları üçün təlim keçirilib
Salyan rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib. "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.
Kəmaləddin Heydərov Zərdabda vətəndaşları qəbul edib
24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
AzTU-da Milli Qəhrəmanın doğum günü ilə bağlı anım tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, Şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, universitet rəhbərliyi, müəllimlər, tələbələr və AzTU-nun məzunu olmuş Şəhid Elşad Əliyevin anası Flora Əliyeva əvvəlcə Çingiz Qurbanovun təhsil aldığı “Xüsusi texnika və texnologiya” fakültəsində Milli Qəhrəmanın xatirəsinə ehtiram olaraq yaradılan foto-stentlə tanış olublar. Daha sonra tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib. Çingiz Qurbanovun tələbəlik illərini yada salan müəllimlər, onun vətənpərvər, ictimai aktiv gənc olduğunu vurğulayıblar.
“Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi davam edir. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır. Layihənin növbəti təlimində Gənclər Fondunun aparıcı məsləhətçisi – Ayşə Məhərrəmova və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də ekspert qismində iştirak ediblər.
Söz və mətbuat azadlığına dövlət qayğısı müstəqil medianın inkişafına təkan verib
Dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Konkret misallara istinad etsək deyə bilərik ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əməli işlər görülüb.
Aydın Əliyev Daşkəsəndə vətəndaş qəbulu keçirib
Noyabrın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib. DGK-dan “Olaylar”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istəyib
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq tamamlanıb. Prokuror R. Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndiriləm şəxslərin hər birinə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.
Merkel: “Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynadığı aydındır”
"Avropa İttifaqı üçün aydındır ki, Rusiya “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə əsas rol oynayır”. Məlumata görə, bunu “Şərq tərəfdaşlığı” sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.
Rusiya gizli saxladığı yeni raketini sınaqdan keçirdi: ABŞ və NATO təşvişdə - VİDEO
Rusiya Müdafiə Nazirliyi Qazaxıstandakı Sarı Şaqan hərbi poliqonunda modernləşdirilən yeni raket sistemini sınaqdan çıxarıb. Yeni raket sisteminin adı açıqlanmayıb.
Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyon dollarlar, daha nələr… – Oğrunu necə yaxalamalı?!
Müflisləşmiş milyarder Mübariz Mənsimovla bağlı əhvalat getdikcə daha dramatik xarakter alır. M.Mənsimov oyunun bütün yazılmış və yazılmamış qaydalarını pozub. M.Mənsimov Rusiya Xüsusi Xidmət orqanlarının mümkünsüzlük sənətinin əsəridir. Bu iş adamının parlama və yoxsulluq tarixçəsi uşaqlıqdan yazı, orfoqrafiya və üslub problemləri olan heçdən, axmaq və savadsız adamdan nəhəng “LUKoil” neft şirkətinin əlaltı layihəsini yaratmaq üzrə dərs vəsaitidir. Budur, başqa bir ölkənin hökumətindən xeyir-dua almış M.Mənsimov təxminən iki onillik ərzində oturduğu budağı kəsməyə çalışır.
QƏRAR verildi: Suriyanın gələcəyi gələn həftə həll olunacaq
Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib. Cenevrədə Suriya hökuməti ilə müxalifəti razılaşmaq üçün masada oturacaq. Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə toplantısına ortaq heyətlə qatılacaqlar.
Sulu qəlyandan istifadə məhdudlaşdırılır
Azərbaycanda tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərin sırasına daha bir neçə məkan əlavə edilir. Məlumata görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda 1-ci və 10-cu maddələrdə əks olunub. Layihəyə əsasən, qeyd olunan məmulatlarından istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Oğurluğu peşə seçən 2 yeniyetmə saxlanıb
Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisindəki 3 evdən geyim, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Səfərov, Babək rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.




.jpg)









