Gündəm
Aİ ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub
Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları təşkil edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 24-də Bakıda keçirilən “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfransda deyib. Nazir əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib.
Vitse-spiker Qazaxıstana səfər edəcək
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov noyabrın 25-27-də Qazaxıstanda səfərdə olacaq. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstanın Birinci Prezident günü münasibəti ilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etməkdir. Tədbir Astana şəhərində keçiriləcək.
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb. Tərəflər artıq ittiham aktı ilə tanış olurlar. İş yaxın günlərdə yekunlaşaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində göndəriləcək.
Azərbaycanın xaricdəki səfirliklərinin bəzi əməkdaşları gəlir vergisindən azad edilir
Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir. Məlumata görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.
Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsinə dair əməkdaşlıq planı imzalanıb
Moskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ: “Barselona” ulduzsuz qalacaq
“Barselona” klubundan ayrılacağı iddia edilən ulduz futbolçu Lionel Messinin adı yeni bir iddiaya qarışıb. İddiaya görə, Messi klubun idarəçiləri və prezidentinin zənglərinə cavab vermir. Baş məşqçi Jozef Mariya Bartomeu Lionel Messi ilə müqaviləni yeniləmək üçün görüşmək istəyib. Lakin Messi bu təklifi də rədd edib.
"Qarabağ" "Beşiktaş"la qarşılaşacaq - Tarix açıqlandı
Son Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq matçı keçirəcək. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş Bakıda olan zaman bu barədə tərəflər arasında razılıq əldə olunub.
Şagird sinif otağında müəllimini elə bir vəziyyətdə VİDEOya çəkdi ki...
Amerikanın İndiana ştatındakı müəllim sinif otağında narkotik maddə çəkərkən kameraya düşüb. Kadrlar İndiana ştatındakı Lake Central High School-da çəkilib. Şagirdi Samantha Cox adlı 24 yaşlı qadını kameraya çəkib. O, görüntüləri sinif yoldaşlarına və dostlarına göstərib. Yayılan video ilə bağlı araşdırma aparılıb, Samantha saxlanılıb.
Karate üzrə respublika birinçiliyinə start verilib
Bakı İdman sarayında Yeniyetmə və Gənclər arasında 18-ci respublika birinçiliyi, Böyüklər arasında isə 25-ci Respublika Çempionatı başlanıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın ilk günü bütün yaş qurupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşüləri keçiriləcək. Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaq.
Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Bilefeld Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsinin (İmmiqrasiya idarəsi) rəhbəri cənab Torsten Boehlinqlə görüş keçirilib. Görüşdə bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğuna diqqət çəkilib.
Mağazadan içi pulla dolu seyf oğurlanıb
Bakıda mağazadan içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən içərisində 3000 manat olan seyf və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
Avtobus vuran piyada yerindəcə ölüb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 23-də saat 5.00 radələrində Yasamal rayonunun Moskva prospektində Qazax rayon sakini Rafiq Əliyev idarə etdiyi “İsuzu” markalı 65 saylı xətt avtobusla yolu keçən Yardımlı rayon sakini Sazada Paşayevanı vurub. Piyada hadisə nəticəsində yerindəcə ölüb.
Mübariz Qurbanlı Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib
Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
General: "Onun həbsinin sifarişini Eldar Mahmudov verib"
Ləğv ediımiş Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə proses davam edib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər və onların nümayəndələri çıxış edib.














