Gündəm
Azərbaycanlı qızlar oğlanı meşəyə aparıb başına oyun açdılar
Azərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhişəcəsinə qətlə yetirib.
Hindistanda qatarı relsdən çıxdı - Ölən və yaralananlar var
Hindistanın Uttar-Pradeş ştatında sürət qatarının qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində azı 3 nəfər həlak olduğu, daha 9 nəfərin xəsarətlər aldığı bildirilir.
Nazirlikdə korrupsiya ilə bağlı treninq keçirilib
Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasi Prezidentinin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti treninq keçirilib.
Avropa Parlamentində erməni vəhşiliyindən danışılıb
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin mənzil qərargahında keçirilən ictimai dinləmələrdə yaxından iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, Avropa Parlamentinin İnsan Haqları üzrə Altkomitəsinin təşkil etdiyi ictimai dinləmələrə qatılan ADİHİ rəhbəri Azərbaycanda uşaq hüquqlarının vəziyyəti barədə məruzə ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan hüquq müdafiəçisi münaqişə zonasında qətlə yetirilən mülki əhali, xüsusən də azyaşlı uşaqlar barədə məlumat verib. Ermənistan silahlı birləşmələrinin zaman-zaman atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan yerli əhalini hədəf aldığını, təxribatlar törədərək, azyaşlı uşaqları qətlə yetirdiyini bildirən ADİHİ rəhbəri konkret faktlar üzərində dayanıb.
Əmək Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır
Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Rüfət Quliyev səsləndirib.
Deputat: “Süni maneələr olmasa...”
“Ölkədə yoxsulluğu azaldıltmaq və əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü xeyli imkan var”ç “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bunun üçün ilk növbədə iqtsadi azadlıqlar təmin edilməli, iqtisadi təşəbbüskarlıq və sahibkarlığın qarşısında duran bütün maneələr aradan qaldırılmalıdır.
Sulu qar yağacaq
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir.
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovmüavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirib. Nazir bildirib ki, əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yalnış bir addım olardı.
Nazir: “İşəgötürənlər əlillər üçün lazımi şəraitin yaradılmasında maraqlı deyil”
“Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil. Onlar üçün müvafiq şərait yaradılmalıdır ki, onlar da əlilliyi olmayan şəxslər kimi bərabər hüquqlardan istifadə etməlidir. Bunun üçün iş yerlərində, ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılmalıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Moskva vilayətində azərbaycanlı sahibkar özünü yandırıb
Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb. Hadisə noyabrın 22-də günorta saatlarında baş verib. Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb.
Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb
Brüsseldə 5-ci Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb. Sammitdə Avropa Komissiyasının prezidenti Jan klod Yunker, Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk, Avropa İttifaqı Şurasına bu il sədrlik edən Estoniya baş naziri Juri Ratas, Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər iştirak edirlər.
ABŞ “bordobereli”lərə qarşı hücuma hazırlaşır – Ağır silahlar GÖNDƏRİLDİ
İŞİD-dən sonra da Yaxın Şərqdə qalmağı planlaşdıran ABŞ-ın planları ortaya çıxır. ABŞ İŞİD-i bölgədən təmizlədikdən sonra Suriyada PKK/PYD-dən ibarət müstəqil dövlət qurmağı planlaşdırır. Bununla Əsəd və İrana qarşı oynamağı düşünən Vaşinqton Türkiyənin bölgədəki maraqlarına da zərbə endirməyə çalışır. Son məlumatlara görə, ABŞ Türkiyənin İdlibdən sonra müdaxilə etməyə hazırlaşdığı Afrinə külli miqdarda silah göndərir. PKK/PYD terrorçularına verilən bu silahlar türk əsgərinə qarşı istifadə olunacaq.
“Soyunaram, sevişərəm, vecimə deyil” - Azərbaycanlı aparıcıdan İNANILMAZ AÇIQLAMALAR - FOTO/VİDEO
Deməli, bir dostumun tanışı var. Beş gün bundan öncə kartla fala baxır. Dostum da bunu təriflədi ki, hər şeyi bilir və görür. Qadın isə həyatında birinci dəfədir ki, məni görürdü. Bekarçılıq idi, dedim hə, bax. Ömrü boyu da başıma nə gəlirsə, bekarçılıqdan gəlir. Kartı açan kimi dedi ki, sən çox böyük bir boşluqdasan, amma keçəcək, heç vecinə də alma. Elə bil o, deyəndən sonra mənə çatdı ki, düz deyir. Durğunluqdur, sadəcə olaraq dayanmışam.
Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA
Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi.
Pakistanda kamikadze polis rəisinin müavinini öldürüb
Pakistanın Pişəvar şəhərində kamikadze öz motosiklində Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə atəş açıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb.














