Pakistanda kamikadze polis rəisinin müavinini öldürüb

Pakistanın Pişəvar şəhərində kamikadze öz motosiklində Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə atəş açıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb. 

Pakistanın Pişəvar şəhərində kamikadze öz motosiklində Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə atəş açıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb. Məlumata görə, əslində, kamikadzenin hədəfi Hayber-Patunxva şimal-qərb əyalətinin baş polis müfəttişi Əşrəf Nur olub. Hadisə nəticəsində polis rəisinin müavininin avtomobili yanıb. Xəsarət alan 6 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.  Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31