Gündəm
Əcnəbilərin Rusiyaya girişi məhdudlaşdırılır
Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsinə dair kvotanın azaldılması barədə sərəncam imzalayıb. Gələn il 90 min sənədin verilməsi planlaşdırılır. Bu, hazırki kvotadan təxminən 20 min azdır.
Neapolda pitseriyada atışma - 2 yaralı
İtaliyanın Neapol şəhərində atışma baş verib. Məlumata görə, iki nəfər silahlı şəxs pitseriyaya daxil olaraq bir neçə atəş açıb.
“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir. 22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.
Mehri SES-in tikintisindən imtina İranın Ermənistana münasibətinin pisləşdiyinin rəsmi sübutudur
İran və Ermənistan Mehri SES-in tikintisi üçün yeni investorlar axtarırlar. Bu barədə Ermənistanın enerji infrastrukturları və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan bildirdi. Bu İranın Mehri SES-in tikintisini maliyyələşdirməkdən imtina etməsinin rəsmi sübutudur.
Ermənistan parlamentində vəzifə davası
2018-ci ilin aprel ayından sonra Ermənistanda hakimiyyətin yuxarı zümrəsində ciddi dəyişikliklər gözlənilir. Artıq bəzi vəzifələrin namizədləri müzakirə olunur. Parlament sədri vəzifəsi uğrunda ciddi mübarizə gedir. Məlumata görə, parlament sədri vəzifəsində yenidən Ara Babloyanı görmək mümkün olmayacaq. Çox ehtimal ki, Ara Babloyan diplomatiya ilə məşğul olacaq.
Bu il baş verən zəlzələlərin STATİSTİKASI - Ən güclü zəlzələ harda olub?
Bu il Azərbaycan və ona bitişik ərazilərdə 5729 zəlzələ baş verib. Bu barədə özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycan daxilində 3642 yeraltı təkan qeydə alınıb. Onların 25-i hiss olunub.
Azərbaycanda hələ müharibə bitməyib
Ölkə parlamenti gələn ilin dövlət büdcəsinin müzakirəsinə yekun vurdu. 2018-ci ilin dövlət büdcəsinin hökumət tərəfindən dəyərləndirilməsinə bir həftə vaxt verilib. Qeyd edək ki, büdcə müzakirələri zamanı millət vəkillərinin ən çox diqqət yönəltdikləri məsələlərdən biri Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı oldu.
İndeksləşmə bütöv pensiya məbləğinə şamil olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir.
Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki,....
Ölkədə artıq bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılır. Əslində bu prosesə 2004-cü ildən etibarən start verilsə də, lakin dünyada baş verən neft böhranından sonra bu sahənin prioritetliyi bir qədər də artdı. Hazırda demək olar ki, qeyri-neft sektoru özünün uğurlu inkişaf mərhələsindədir. İxrac qabiliyyətinin artırılması, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi bu prosesə öz müsbət təsirini göstərir. Bütün bunlara rəğmən neft sektoru da hələlik əsas diqqət mərkəzində olan sahələrdəndir.
İŞİD Şimali Qafqaz və Əfqanistana "hicrət" edir?
Artıq bir neçə gündür ki, həm Rusiya, həm Türkiyə, həm də İran mediası, kütləvi informasiya vasitələrində üç ölkə prezidenti, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Rusiya Federasiyasının Soçi şəhərində keçirdiyi görüş geniş müzakirə edilir, görüşdə müzakirəyə çıxarılan məsələlər, üçtərəfli əməkdaşlığın gələcək perspektivləri, eləcə də bu əməkdaşlığın yaxın-uzaq regionlara mümkün təsirləri ətrafında mülahizələr, ehtimallar səsləndirilir.
Prezident Madər Musayevi ordenlə təltif etdi
Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Deputat: NATO toplantısında iştirak Azərbaycanın nüfuzunun artdığını göstərir
Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Hollandiyadan terror təşkilatlarına DƏSTƏK
Hollandiya parlamenti terror təşkilatlarının bayraq və simvollarının qadağan edilməsinə dair təklifi rədd edib. Təklif türklərin qurduğu “DENK” partiyasının lideri Tunahan Kuzu tərəfindən irəli sürülüb. Parlament isə PKK və İŞİD də daxil olmaqla, bütün terror təşkilatlarının simvollarını qadağan edən bu təklifi rədd edib. Partiya bu təkliflə yanaşı, Hollandiyanın Fələstini tanımasını da irəli sürüb. Lakin məclis bu tələbi də rədd edib.
Pakistanda kamikadze hücumu: polislər öldü
Pakistanın Peşəvər şəhərində kamikadze hücumu təşkil edilib. Hadisə nəticəsində polis şefi Məhəmməd Əşrəf Nur ilə onun mühafizəçisi həlak olub, 4 nəfər yaralanıb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Ərdoğan Suriya ilə bağlı razılaşmanın DETALLARINI AÇIQLADI
“Suriya probleminin həllində, Suriya Milli Konqresinə daxil olacaq şəxsləri Türkiyə, İran və Rusiya seçəcək”. Türkiyə lideri R.T.Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə keçirdiyi üçtərəfli danışıqlar haqqında mətbuata açıqlama verib.














