Ermənistan parlamentində vəzifə davası
2018-ci ilin aprel ayından sonra Ermənistanda hakimiyyətin yuxarı zümrəsində ciddi dəyişikliklər gözlənilir. Artıq bəzi vəzifələrin namizədləri müzakirə olunur. Parlament sədri vəzifəsi uğrunda ciddi mübarizə gedir. Məlumata görə, parlament sədri vəzifəsində yenidən Ara Babloyanı görmək mümkün olmayacaq. Çox ehtimal ki, Ara Babloyan diplomatiya ilə məşğul olacaq.
24 Noyabr 2017 13:26 Dünya2018-ci ilin aprel ayından sonra Ermənistanda hakimiyyətin yuxarı zümrəsində ciddi dəyişikliklər gözlənilir. Artıq bəzi vəzifələrin namizədləri müzakirə olunur. Parlament sədri vəzifəsi uğrunda ciddi mübarizə gedir. Məlumata görə, parlament sədri vəzifəsində yenidən Ara Babloyanı görmək mümkün olmayacaq. Çox ehtimal ki, Ara Babloyan diplomatiya ilə məşğul olacaq.
Sədr vəzifəsinə hazırda Babloyanın müavini Arpine Hovhannisyan real namizəd göstərilir. Ancaq onun haqqında hələ yekun qərar verilməyib. Bu işdə diqqət çəkən bir məqam da var. Parlament sədri vəzifəsindən məhrum olsa da, Babloyan işsiz qalmayacaq. İddia olunur ki, onunla Arpine Hovhannisyanın münasibətləri gərgindir. İxtisasca həkim olan parlament sədri hüquqşünas müavinini öz kreslosunda görmək istəmir. AzVision.azerməni KİV-lərinə istinadən xəbər verir.