Gündəm
AXDG-də üzən heyətin işə qəbulu ilə bağlı yeniliyin tətbiqinə başlanılıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb. “OLAYLAR”-ın Gımiçiliyə istinadən verdiyi xəbərə görə, bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsi ilə yoxlanılacaq.
İctimai Komitə Komitənin yeni tərkibdə ilk iclasını keçirib
Ədliyyə Naziri yanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitə Komitənin yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iclasda ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.
Millət vəkilindən təklif
“Televiziya kanalları gərəksiz çal-çağır verilişlərinin sayını azaldıb, iqtisadi məsələlərə daha çox yer verməlidirlər”. “OLAYLAR”-ın xəbərinə görə. Belə bir açıqlama ilə millət vəkili Rüfət Quliyev çıxış edib.
Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qənbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda R. Qənbərovun vəkili Elxan Şükürov çıxış edərək ittihamın əsassız olduğunu deyib və bəraət hökmünün çıxarılmasını istəyib. R. Qənbərov da vəkili ilə razı olduğunu deyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən R. Qənbərov barəsində bəraət hökmü çıxarılıb.
Azərbaycanda nə qədər uşaq var? - SON RƏQƏM AÇIQLANDI
Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib.
Uşaqların boy artımında gecikmə var
"Dövlət büdcəsindənm uşağın anadan olmasına görə, cəmi 7 milyon 200 min manat vəsait ayrılıb. 2016-cı ildə Azərbaycanda 159464 uşaq doğulub. Burada hər uşağa görə, təqribən 45 manata qədər vəsaitdən söhbət gedir ki, bu da olduqca kiçik bir rəqəmdir”.
“Quran müqəddəs kitab deyil” – Elşad Miri
“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.
Maliyyə amnistiyası ölkədən maliyyə axınını azalda bilərmi...
Milli Məclisdə Azərbaycanda maliyyə amnistiyasının elan edilməsi təklif olunub. Büdcə müzakirələrində çıxış edən Tahir Kərimli bildirib ki, bu məsələni uzatmaq lazım deyil: “Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcüstanda sabiq baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”.
Azərbaycanlı fəhlə "O səs Türkiyə"ni coşduracaq - VİDEO
İşimiz işdir” layihəsi istedadlı şəxsləri təqdim etməkdə davam edir. Bu dəfə sosial mediada səsi ilə insanların marağına səbəb olan azərbaycanlı bir fəhlədən – Elnur Əliyevdən danışacağıq. Elnur Əliyev 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsillidir və hazırda tikinti şirkətlərinin birində fəhlə işləyir. Səsinin yaxşı olmasına baxmayaraq, maddi çatışmazlıq səbəbilə musiqi təhsili ala bilməyib. Yaxın qohumlarının şad günlərində və fəhlə kimi işlədiyi tikinti obyektlərində oxuya bilib. O, dəyərli incəsənət xadimlərindən dərs almaq istədiyini bildirir.
Amerikalı alimlər açıqladı: “Mükəmməl qadın üz cizgiləri bu formadadır”
Amerkalı alimlər mükəmməl qadının üz parametrlərini müəyyən edib. “Aesthethic Surgery” jurnalının yazdığına görə Floridada yerləşən Tampl Universitetinin alimləri qadınların riyazi gözəlliyinə dair üz parametrlərini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, üz quruluşu ürək şəklində olan qadınlar ideal gözəlliyə malikdir.
Azərbaycan-Almaniya İşçi Qrupunun 7-ci iclası keçirilib
Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.
Ermənistan dünyada yeganə mono-etnik dövlətdir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Portqaliyanın “Diario de noticias Mundo” adlı portalında “Ermənistan dünyada yeganə mono-etnik dövlətdir” adlı müsahibəsi dərc olunub.
Ukrayna ordusu ilə rus əsgərləri arasında QARŞIDURMA: 13 ölü
Ukraynanın Donbas bölgəsində Ukrayna ordusu ilə Rusiya əsgərləri arasında gərginlik yaranıb. Hadisə nəticəsində Ukraynanın 5 əsgəri ölüb, 4-ü yaralanıb. Rus separatçılardan isə 8 nəfər ölüb, 9 nəfər yaralanıb.
Yaşayış minimumu dəyişdirilə bilər
“Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır: “Yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır”. Millət vəkili ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib: “Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68% səviyyəsinə enib. Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq”.
Deputatlarım təklifləri dekabrın 1-də dəyərləndiriliəcək
Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. “Olaylar” xəbər verir ki, toplantının gündəliyinə 31 məsələ daxildir. İclasda həmçinin hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.














