İctimai Komitə Komitənin yeni tərkibdə ilk iclasını keçirib

Ədliyyə Naziri yanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitə Komitənin yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iclasda ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

Ədliyyə Naziri yanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitə Komitənin yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, iclasda ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib. Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlət başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini və bu mühüm sənədin icrası üzrə görülən işləri qeyd edib. Nazir ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib. Komitə üzvləri Ədliyyə Nazirliyində aşkarlığa və şəffaflığa daim xüsusi önəm verildiyini qeyd edərək nazirliklə əməkdaşlıq modelindən və səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, məhkumları şərti azad etmə ilə bağlı yaradılmış Komissiyanın fəaliyyətini və onun işində ictimaiyyətin iştirakını müsbət qiymətləndirib, həyata keçirilən islahatlara töhfə verməyə hazır olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31