Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Huawei şirkətinə qarşı ittihamlarını rədd edib- ÖZƏL
13:16 DünyaÇin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çin ABŞ hökumətinin Huawei şirkətinə qarşı Çin biznesini boğmaq məqsədi daşıyan ittihamlarına qətiyyətlə qarşı çıxır.
Olaylar.az xəbər verir ki, o, brifinqdə vəziyyəti şərh edərkən vurğulayıb ki, "Çin hökuməti ABŞ-ın Çin şirkətlərini sıxışdırmaq və məhdudlaşdırmaq cəhdlərinə qəti şəkildə qarşıdır".
Rəsmi nümayəndənin aydınlaşdırdığı kimi, Pekin "Çin şirkətlərinin qanuni hüquqlarını qorumaqda qətiyyətlə dəstəkləyir". Daha əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, ABŞ məhkəmələri Huawei şirkətini İran və Şimali Koreyadakı fəaliyyəti ilə əlaqədar çirkli pulların yuyulması, ticarət sirlərini oğurlamaq üçün sui-qəsd və bank fırıldaqçılığı da daxil olmaqla bir neçə ittihamda təqsirli bilib.