Millət vəkilindən təklif

“Televiziya kanalları gərəksiz çal-çağır verilişlərinin sayını azaldıb, iqtisadi məsələlərə daha çox yer verməlidirlər”. “OLAYLAR”-ın xəbərinə görə. Belə bir açıqlama ilə millət vəkili Rüfət Quliyev çıxış edib.

Televiziya kanalları gərəksiz çal-çağır verilişlərinin sayını azaltsın

"Televiziya kanalları gərəksiz çal-çağır verilişlərinin sayını azaldıb, iqtisadi məsələlərə daha çox yer verməlidirlər". "OLAYLAR"-ın xəbərinə görə. Belə bir açıqlama ilə millət vəkili Rüfət Quliyev çıxış edib. O, bildirib ki, telekanallarda "Sahibkar saatı", "Biznes mühiti" və digər rubrikalar altında həftədə bir dəfə verilişlər təşkil edilsə yaxşı olar: "Fəaliyyətlərində uğur qazanmış sahibkarların, fermerlərin iş üsulları geniş təbliğ edilsin. Mütəxəssis rəyləri, məsləhətləri sahibkarlara, fermerlərə çatdırılsın, beynəlxalq təcrübə barədə onlara məlumatlar verilsin, verilişə telefon zəngləri ilə daxil olan suallar növbəti verilişlərdə cavablandırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31