Gündəm
Bakı məktəblisi dünyanın ən güclüləri sırasında
Paytaxt məktəblisi Avropa çempionu olub. “OLAYLAR”-ın xəbərinə görə,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub.
Diaspora rəhbəri beynəlxalq forumda çıxış edib
Azərbaycan Misirin paytaxtı Qahirədə “Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirməsi” mövzusunda keçirilən beynəlxalq forumda təmsil olunub. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkəmizin Misir Ərəb Respublikasındakı Səfirliyinin müşaviri Azər Abbas, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov və digər diaspor nümayəndələri forumda iştirak ediblər.
“İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 23-də Astara Rayon Pedaqoji kollecində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib.
Rusiya rayonların işğaldan azad edilməsi üçün Ermənistana təzyiq etməlidir
"Dağlıq Qarabağ probleminin ancaq Rusiya həll edə bilər və mən Rusiya prezidentini növbəti dəfə 5 rayonun qaytarılması məsələsinə diqqətli yanaşmağa çağırdım",- bu sözlərTürkiyə prezidenti cənab Ərdoğan dünən keçirilən Soçi görüşü öncəsi səsləndirmişdi. Qardaş dövlətin başçısının aradan heç bir həftə keçməmiş yenidən bu mövzuya qayıtması, Suriyayla paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir”.
Azərbaycan Silahlı Qüvvələrində NATO günləri təşkil edilib
Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində “NATO günləri” təşkil olunub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib.
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur.
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.
Estoniya baş naziri: ""Şərq tərəfdaşlığı" proqramı bütün Avropa İttifaqı ölkələri üçün prioritetdir"
"Ümid edirəm ki, bu gün Şərq tərəfdaşlığını necə daha güclü edə biləcəyimiz barədə suallara cavab verə biləcəyik".
Qırğızıstanın yeni prezidenti Atambayevə fəxri ad verdi - İLK FƏRMAN
Qırğızıstanda 15 oktyabr tarixində keçirilən prezident seçkilərində səs çoxluğu ilə birincilik əldə edən Sooronbay Xenbekova bu gün postunu təhvil alıb. S.Xenbekov Bişkekdə keçirilən inauqurasiyası zamanı sabiq prezident Almazbek Atambayevə "Ak şumkar" ("Ağ şahin", Respublika Qəhrəmanı) fəxri adı verəcəyini deyib: “Mən sizi Qırğızıstan və qırğız xalqı üçün fədakar xidmətlərinizə, müdrik və uzaqgörən siyasətinizə görə "Ak-Şumkar" fəxri adına layiq bilirəm.
Arakanlı qaçqınlar öz evlərinə qayıdacaq - İki ölkə RAZILIĞA GƏLDİ
Ölkədə baş verən müsəlman qırğınından sonra Myanma ilə Banqladeş razılığa gəlib. Razılaşmaya əsasən, ordu ilə buddistlərin hücumlarından qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanlar ölkələrinə geri qayıdacaq. Bu barədə Myanma hökuməti tərəfindən məlumat verilib. Ölkədə baş verən hadisələrə səssiz qaldığı üçün BMT tərəfindən sərt tənqidlərə məruz qalan lider Aunq San Syu Çi daha sonra Arakana sürpriz səfər gerçəkləşdirmişdi.
Səudiyyə şahzadələrinin “5 ulduzlu həbsxanası”ndan SON GÖRÜNTÜLƏR
"BBC” telekanalının çəkiliş qrupu Səudiyyə Ərəbistanında həbs olunan şahzadələrin və nazirlərin saxlanıldığı “Ritz-Carlton” hotelinə daxil olub. Bu çəkiliş qrupu 5 ulduzlu hotelin həbsxanaya çevrilməsindən sonra hotelə daxil olan ilk media qrupu olub. Həmin gün hotelin digər qonaqları otaqlarından çıxarılıb və çöl qapı ziyarətçilərin üzünə bağladılıb. Hoteldə çəkiliş qrupunun səs qeydi etməsinə və insanların üzlərini çəkməsinə icazə verilməyib.
Leyla Şıxlinskayanın Klinikasının əməkdaşları ittihamı qəbul etmir
Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Deputat: “Prezident BMT qətnamələrinin yerinə yetirilməsini tələb etdi”
“Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Azərbaycanın torpaq bütünlüyünü bütün dünyanın tanıdığını vurğulayaraq, işğalçı Ermənistandan BMT Təhlükəsizlik Şursının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməyi tələb etdi”. Məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.
Ekspert: “Bu sammit daha effektiv nəticələrlə yadda qalacaq”
“Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-nun Mənzil-Qərargahına baş katibin dəvəti ilə gəlməsi və ikitərəfli görüşlərin keçirilməsi olduqca vacib və önəmli məsələdir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Politoloq: “Lavrov başqa cür açıqlama verə bilməzdi”
“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən qarşısına qoyduğu əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək olub. Lavrov Azərbaycanda olarkən hətta qeyd etdi ki, problemin həlli məsələsi masanın üzərindədir. Ancaq Yerevana səfərdən sonra bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə nikbin baxmır”. Məlumata görə bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.





.jpg)








