Bakı məktəblisi dünyanın ən güclüləri sırasında
Paytaxt məktəblisi Avropa çempionu olub. “OLAYLAR”-ın xəbərinə görə,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub.
24 Noyabr 2017 12:06 SosialPaytaxt məktəblisi Avropa çempionu olub. "OLAYLAR"-ın xəbərinə görə,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub. Məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb. R.Cəfərli kubok, medal və diplomla təltif olunub. Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında III, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə I yerə layiq görülüb. R. Cəfərli karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.