Uşaqların boy artımında gecikmə var

"Dövlət büdcəsindənm uşağın anadan olmasına görə, cəmi 7 milyon 200 min manat vəsait ayrılıb. 2016-cı ildə Azərbaycanda 159464 uşaq doğulub. Burada hər uşağa görə, təqribən 45 manata qədər vəsaitdən söhbət gedir ki, bu da olduqca kiçik bir rəqəmdir”.

Azərbaycan alçaqboylu ölkə hesab olunur

"Dövlət büdcəsindənm uşağın anadan olmasına görə, cəmi 7 milyon 200 min manat vəsait ayrılıb. 2016-cı ildə Azərbaycanda 159464 uşaq doğulub. Burada hər uşağa görə, təqribən 45 manata qədər vəsaitdən söhbət gedir ki, bu da olduqca kiçik bir rəqəmdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, Beynəlxalq Elmi Tədqiqat Ərzaq Siyasəti İnstitutu və Ərzaq Təhlükəsizliyi üzrə Mərkəzin hesabatına görə, Azərbaycanda, Ermənistanda, Tacikistanda uşaqların boy artımında gecikmə var: "Boy artımının gecikməsi isə təkcə uşağın boyu ilə bağlı olan məsələ deyil. Həm də onun əqli inkişafına da birbaşa mənfi təsir göstərən məsələdir. Bundan başqa uşaqların keyfiyyətsiz qidalanması əqli zəiflikdən başqa psixoloji, sosial problemlər də yaradır. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab olunur. Azərbaycan 200 ölkə arasında qadınların boyuna görə 113-cü yerdə, kişilərin boyuna görə isə 115-ci yerdədir. Yeri gəlmişkən, qonşu Gürcüstan 49-cu, Trükiyə isə 79-cu yerdədir. Bizim Pediatriya Elmi Tədqiqat İnstitunun rəhbərinin mətbuata verdiyi açıqlamaya görə, Azərbaycanda uşaqların 6 faizinin boy artımında gecikmə var. Təəssüf ki, statistikaya görə, Azərbaycanda uşaqların 55 faizi ana südü ilə qidalanmır. Bu da əlavə problemlər yardır. Məsələn, Britaniyanın Esseks Universitetinin araşdırmalarına görə 100 ildə Avropada insanların boyu 11 santimetr artıb. Azərbaycanda isə uşaqların 6 faizinin boy artımında gecikmə var. Yəni belə çıxır ki, bizim boyumuz artmaq əvəzinə azalır. Məsələn, Avropada insanların boyu 179 Azərbaycanda isə 172 santimetrdir. Bir çox hallarda insanın boy artımına təsir göstərən əsas məsələ proteinlə zəngin olan ət, toyuq, balığn az istehlak olmasıdır. Məsələn, göstəricilərə görə, Azərbaycanda Avropa ölkələri ilə müqayisədə 3 dəfə az balıq istehlak olunur. Avropada orta aylıq əmək haqqı Azərbaycandan 8 -10 dəfə artıq olsa da, orada, məsələn, Finlandiyada hər uşağa 17 yaşına qədər 100, Macarıstanda 40, İrlandiyada 140, Danimarkada 145, Almaniyada 192 avro pul verilir. Biz isə uşaqpulunu ləğv etdik. Biz çalışmalıyıq ki, bu məsələyə mütləq baxaq. Bizim Konstitusiyamızda da yazılıb ki, dövlət insanların sosial qayğısına qalmalıdır. Uşaqlarımızın normal qidalanması üçün uşaqpulu verməliyik ki, valideynlərin aldığı maaşdan asılı olaraq, yaxud olmayaraq onları heç olmasa minimum qida ilə təmin edə bilək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31