AXDG-də üzən heyətin işə qəbulu ilə bağlı yeniliyin tətbiqinə başlanılıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb. “OLAYLAR”-ın Gımiçiliyə istinadən verdiyi xəbərə görə, bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsi ilə yoxlanılacaq.
24 Noyabr 2017 13:01 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb. "OLAYLAR"-ın Gımiçiliyə istinadən verdiyi xəbərə görə, bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsi ilə yoxlanılacaq. Məqsəd prosesi təkmilləşdirmək və güclü kadr bazası yaratmaqdır."AXDG" QSC-nin rəsmi saytında 26 sentyabr 2017-ci il tarixində elan olunan "matros", "motorçu" və "elektrik" vakansiyaları haqqında məlumatlar dənizçilik üzrə peşəkar karyerasını inkişaf etdirmək istəyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, imtahan tam şəffaf qaydada baş tutub. İlk gündə imtahanda ümumilikdə 53 namizəd biliklərini sınayıb. İRİD, daxili auditdepartamentinin mütəxəssislərindən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən prosesə xüsusi nəzarət həyata keçirilib.