Karate üzrə respublika birinçiliyinə start verilib

Bakı İdman sarayında Yeniyetmə və Gənclər arasında 18-ci respublika birinçiliyi, Böyüklər arasında isə 25-ci Respublika Çempionatı başlanıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın ilk günü bütün yaş qurupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşüləri keçiriləcək. Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaq.

Bakı İdman sarayında Yeniyetmə və Gənclər arasında 18-ci respublika birinçiliyi, Böyüklər arasında isə 25-ci Respublika Çempionatı başlanıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın ilk günü bütün yaş qurupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşüləri keçiriləcək. Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaq. Çempionatın son günü isə böyüklər arasında görüşlər olacaq.  Yarışın baş hakimi federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevdir. Azərbaycan çempionatında ilk dəfədir ki, 12 yaşlı idmançılar da iştirak edir. Yarışa müxtəlif bölgələri təmsil edən 300-dən artıq idmançı qatılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31