Baladadaşın çəkildiyi film yayımlanacaq
Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə tamaşaçılara təqdim olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə, “Sərhəd” (“Arpa çayı – ayrılıq nəğməsi”) adlanan tammmetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın “Günəşfilm” Studiyasında istehsal olunan ekran işində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandırır.
24 Noyabr 2017 16:15 Teatr və kinoMusiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film 2018-ci ildə tamaşaçılara təqdim olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, "Sərhəd" ("Arpa çayı - ayrılıq nəğməsi") adlanan tammmetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın "Günəşfilm" Studiyasında istehsal olunan ekran işində Ə. Dadaşov baş rolu - Aydın obrazını canlandırır.
Qeyd edək ki, gənc aktyor Ə. Dadaşov Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasından baş rolun - Baladadaş obrazının ifaçısı kimi tamaşaçılara yaxşı tanışdır.