Rusiyada azərbaycanlıdan oğurluq nömrə ilə gətirdiyi avtomobili müsadirə etdilər

Çeçenistanda Belarusda oğurlanmış nömrə ilə sürülən “İnfiniti” avtomobili saxlanılıb. Məlum olub ki, Avrasiya iqtisadi zonasına gətirilən 2003-cü il istehsallı «Infiniti G35» avtomobili gömrük bəyannaməsinə əsasən 3 ay ərzində Rusiyaya çatmalı olsa da, 3 il yubanıb.

Çeçenistanda Belarusda oğurlanmış nömrə ilə sürülən "İnfiniti" avtomobili saxlanılıb. Məlum olub ki, Avrasiya iqtisadi zonasına gətirilən 2003-cü il istehsallı "Infiniti G35" avtomobili gömrük bəyannaməsinə əsasən 3 ay ərzində Rusiyaya çatmalı olsa da, 3 il yubanıb. Nəqliyyat vasitəsi Qroznıda yol təhlükəsizlik müfəttişliyinin əməkdaşları tərəfindən saxlanılıb. "Infiniti G35"-in yoxlanılmasına səbəb isə Belarusiya qeyd nişanı ilə sürülməsi olub. Sükan arxasında olan 27 yaşlı şəxs avtomobili qohumundan 250 000 rubla aldığını bildirib.

Məlum olub ki, bu nömrə "Volkswagen Passat" avtomobili ilə birgə Qrodno şəhərində oğurlanıbmış. Amma maşın özü isə Rusiyaya Gürcüstandan Nalçik şəhərində müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşı tərəfindən gətirilib.

Xarici avtomobili son sahibinə satmış şəxs bu maşının ona hazırda vəfat etmiş atasından qaldığını deyib. Atası avtomobili aldığı şəxslə alqı-satqı müqaviləsi bağlamadan onu 240 min rubla əldə edib. Avtomobili alan şəxsə onun texniki pasportu da verilib. Lakin oradakı məlumatlar Azərbaycan vətəndaşının məlumatları ilə uyğun gəlmir.

Belarus qeydiyyat nişanı olan avtomobillə bağlı istintaq aparılır. Məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, inzibati qanun pozuntusuna yol verib. O, müəyyən edilmiş vaxtda müvəqqəti idxal edilmiş nəqliyyat vasitəsini Gömrük şurasının ərazisindən çıxartmayıb. Rusiya Federasiyası qanununa görə, avtomobil məhkəmənin qərarıyla dövlətin xeyrinə müsadirə olunub. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31