Gündəm

Polkovnik Ramaldanov: “Cəbhədə lokal döyüşlər başlaya bilər”

29 Noyabr 2017 17:52

“Qarabağda müharibə hələ qurtarmayıb. Lokal döyüşlər hər an başlaya bilər”.  Bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Ekspertin fikrincə, Ermənistanın işğalçı qüvvələri ilə müharibə şəraitində yaşadığımızı unutmamalıyıq: “Atəşkəs hər gün pozulur. Ermənilərin təxribatını hər zaman gözləmək olar. Bunu hansısa fəsillə bağlamaq olmaz. Azərbaycan ordusunun gücü düşmənin istənilən təxribatının qarşısını almağa imkan verir. Belə hallarla bağlı çox misal gətirmək olar. Bir neçə dəfə düşmənin təxribat cəhdlərinin qarşısını alınıb. Burada helikopterin, müəyyən texnikaların və uçan aparatların vurulması faktı qeydə alınıb. Canlanma olan nöqtələr daim susdurulub. Ümumilikdə isə Azərbaycan odrusunun müdafiə xətti daim düşmənin təxribatlarının qarşısını almağa hazırdır”.

Trampdan anti-İslam paylaşımlar

29 Noyabr 2017 17:43

ABŞ prezidenti Donald Tramp qatı sağçı ingilis lider Yayda Fransenin paylaşdığı anti-İslam tərkibli videoları öz tvitter hesabında paylaşıb. Videolardan birində müsəlman bir qaçqının hollandiyalı uşağı döydüyü göstərilib.

Həbsdə olan Kataloniya siyasətçiləri üsyan etdi

29 Noyabr 2017 17:41

Həbsdə olan Kataloniya siyasətçiləri üsyan ediblər. Siyasətçilər qatillərlə birlikdə qaldıqlarını və həbsxanada insanların bir-birlərini bıçaqladıqlarını bildirərək şikayət ediblər. Kataloniyalı siyasətçilərdən biri həbsxanada baş verənləri qələmə alıb:  "Burada qatillərlə birlikdə qalırıq. Cəza evinə alışmağa çalışırıq. Digər məhkumlarla birlikdə basketbol oynayıram". 8 kişi və bir qadın siyasətçi həbsxana bufetindən biskvit ala bilmək üçün ailələrindən həbsxana kartına pul ödəməyi xahiş ediblər.

"Söz" serialındakı eşq reallığa çevrildi — Yavuz və Bahar sevgilidir

29 Noyabr 2017 17:40

Türkiyədə və Azərbaycanda geniş tamaşaçı kütləsi toplayan "Söz" serialındakı eşq reallığa çevrilib. Bahar obrazını canlandıran Aybüke Pusat ilə Yavuz Komutan obrazını canlandıran Tolqa Sarıtaşın sevgisi reallığa çevrildi.

Anar Nağılbaz Azərbaycanı tərk edir?

29 Noyabr 2017 17:34

İntim görüntüləri yayılan və bu səbəbdən intihara cəhd etdiyi deyilən reper Anar Nağılbaz Azərbaycanı tərk etmək qərarına gəlib. Reperin ağır günlər keçirdiyi deyilir. Mediaya açıqlamasında "adamı kürəyindən vurmazlar" deyən Nağılbazın yaxın zamanlarda ikinci dəfə ailə quracağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi bildirilib. Bu haqda məlumatı reperin yaxın ətrafı verib.

Əmisi oğlu zorladı: ailəsi hamiləliyinin 5-ci ayında XƏBƏR TUTDU - VİDEO

29 Noyabr 2017 17:27

16 il öncə əmisi oğlu tərəfindən təcavüzə məruz qalan Leyla Doğan həyatını qaraldan bu olaydan sonra dünyaya gətirdiyi qızını Müge Anlının proqramında axtarır.  Türkiyənin ATV telekanalında yayımlanan Müge Anlının proqramına qatılan Leyla Doğan danışdıqları ilə həm studiyadakıları, həm də ekran önündə əyləşən tamaşaçıları şok edib. 16 yaşında əmisi oğlu tərəfindən təcavüzə uğrayan Leyla Doğan bir uşaq dünyaya gətirib. Atasının təzyiqi ilə körpəsini uşaq evinə verən Doğan canlı yayımda yenicə 14 yaşı olan qızı Kaderi axtarmağa çıxıb. 

Misir Prezidentindən orduya əmr: Sinayı təmizləyin!

29 Noyabr 2017 17:24

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib. Dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.

"300 manata toya gedən" Damladan İDDİALI SÖZLƏR: “Röyayla məni müqayisə etmək...”

29 Noyabr 2017 16:58

“Min il də keçsə, ulduzluğu heç vaxt dərk etməyəcəm. Havalara girsəm, göylərdə qanadımı açıb uçsam, anamı da, atamı da, oğlumu da, bir sözlə, hər kəsi itirəcəm. Bir gün ayılıb görəcəm ki, evsiz-eşiksiz “bomj” kimi küçələrdə qalmışam. Ulduzluq ab-havasını yaşamaq çevrəni itirmək deməkdir. Mən atamın qızı Məsumə, oğlumun anası “Mami”yəm”.

Akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib

29 Noyabr 2017 16:52

2017-2018-ci tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Milli Aviasiya Akademiyasında təşkil olunub. Təlimlərin məqsədi ali təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarının təkmilləşdirilməsi və hesabatların tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir.

MOK əməkdaşlıq memorandumu imzalayıb

29 Noyabr 2017 16:52

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Təhsil nazirinin müavini Firudin Qurbanov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıb.

Qadını vuran sürücü könüllü polisə gəldi

29 Noyabr 2017 16:48

Noyabrın 8-də saat 19 radələrində Səbail rayonununSalyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

Qarabağ savaşı bu qış başlaya bilər-Ukraynalı tarixçi

29 Noyabr 2017 16:47

Rusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır.

Külli miqdarda pirotexniki vasitə müsadirə edilib

29 Noyabr 2017 16:44

Yeni il bayramı yaxınlaşdıqca bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malları gətirməyə cəhd göstərirlər.

Bakı Mühəndislik Universitetinin növbəti uğuru

29 Noyabr 2017 16:42

Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar. Bu barədə məlumat “OLAYLAR”-a təhsil ocağından daxil olub. Bildirilib ki, CIMA (Chartered Institute of Management Accountants-Idarəetmə uçotu üzrə İmtiyazlı mühasiblər İnstitutu) 1919 cu ildə Böyük Britaniyada qurulmuş,350000 dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur.

Pul köçürmələrinə və nağdlaşdırmaya məhdudiyyət qoyulur - Türkiyədə

29 Noyabr 2017 16:41

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur. Bu barədə Türkiyənin Banklara Nəzarət Təşkilatından məlumat verilib. Məlumatda qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq.