Gündəm

Yeni “Google” proqramı istifadəçini telefon ekranına baxan insanlar haqqında xəbərdar edəcək- VİDEO

29 Noyabr 2017 19:04

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan insanlar haqqında xəbərdar edən proqram hazırlayıblar. Kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir. 

Pedro "Qarabağ"dan gedir? - Özü açıqladı

29 Noyabr 2017 19:00

Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ" məni istəyirsə, qalacam. Bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib. Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir. "Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib:  "Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ" öz aralarında həll etməlidilər".

Qorxu, stress, sevgi, şəhvət... - 9 AYIN YOLÇULUĞU

29 Noyabr 2017 18:50

Hamiləlik insanların nəsil artırmasında vacib və təbii prosesdir. Normal olaraq hamiləlik 40 həftə davam edir və bu müddət öz arasında 3 aylıq olaraq 3 hissəyə ayrılır. Hər bir hamilə xanım, bu dönəmdə həm bioloji, həm fizioloji həm də ruhi (psixoloji) dəyişikliklərlə rastlaşır. 

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

29 Noyabr 2017 18:45

Çexov adına Moskva Bədaye Teatrının direktoru, SSRİ xalq artisti Oleq Tabakov xəstəxanaya yerləşdirilib. Aktyor reanimasiya şöbəsində müalicə alır.

İngilis alimləri: Pendir şəkərli diabet riskini azaldır

29 Noyabr 2017 18:40

Gündə cəmi iki tikə pendir yeməklə II tip şəkərli diabet riskini 12 faiz aşağı salmaq olar. Bu tip diabet artıq çəki ilə bağlıdır. Alimlərin fikrincə, bunun səbəbi pendirin fermentasiyasındadır.

Diqqət: Uşağınızın xəstə olmasını istəmirsinizsə...

29 Noyabr 2017 18:35

Kuinslend Texnologiya Universitetinin professoru Kendis Lupstranın dediyinə görə, uşaqlar ağrının öhdəsindən özləri gələ bilirlər. Valideynlər özlərini ağrılar üzrə mütəxəssislər saymırlar. Lakin onlar hansısa prosedura məruz qalacaq uşaqlara ciddi təsir edə bilərlər. Həmin təsirin mexanizmi öyrənilərsə, uşağın evdə və ya həkimin qəbulunda hiss etdiyi ağrıların qarşısını almaq olar.

Xəbərdarlıq: Kalsium qəbulu ürək tutmalarını artırır

29 Noyabr 2017 18:30

Ekspertlər bu nəticəyə 10 il ərzində 23.980 nəfər arasında apardıqları araşdırmalardan sonra gəliblər. Heydelberq Araşdırma Mərkəzinin mütəxəssislərinin açıqlamalarına görə, sümük möhkəmləndirən kalsiumun qəbulu yaşlı insanlarda ürək tutmalarını artırır. Alman ekspertlər kalsium ehtiyacını həblərlə ödəməkdənsə xüsusi pəhrizlə əvəzləməyi məsləhət görürlər.

"Uşaqlarım üçün hörgü hörüb, sataram" - Məşhur model

29 Noyabr 2017 18:25

Müğənni Emre Altuğdan boşandıqdan sonra vaxtının çoxunu işlərinə ayıran model Çağla Şikel"Dostlar mahallesi" serialı ilə ekranlara qayıdıb. Model uşaqları üçün işləməyə davam edəcəyini və hər işi görməyə hazır olduğunu deyib: "Hörgü hörüb, sataram, amma yenə övladlarıma görə işləyərəm".

Nazir: “Azərbaycan və Xorvatiya arasında birbaşa reyslər açıla bilər”

29 Noyabr 2017 18:21

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Xorvatiyanın baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, 2013-cü ildə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalandığını vurğulayıb.

Ağcabədi rayonuna 3 milyon manat ayrılıb

29 Noyabr 2017 18:09

Prezident İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Tofiq Həsənova ədliyyə general-mayoru rütbəsi verilib

29 Noyabr 2017 18:06

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Son 2 ildə Nardaranda kommunal sahələrin inkişaf STATİSTİKASI

29 Noyabr 2017 18:05

2015-ci ilin dekabr ayından Sabunçu rayonunun Nardaran qəsəbəsinin fasiləsiz olaraq təbii qaz, su və elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər aparılıb.

Tərtərdə çoxmənzilli binalar əsaslı təmir olunacaq

29 Noyabr 2017 17:59

Prezident İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yeni Zelandiya yox olacaq

29 Noyabr 2017 17:53

Yeni Zelandiyanın “GNS” elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib. Bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər.